11.02.2013 [15:34] - Qərbi Azərbaycan-İrəvan
Ermənistandan məcburi köçürülməsi və etnik təmizləmə
Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb:
Birinci mərhələ 1905-1920-ci illər;
İkinci mərhələ 1948-1953-ci illər ;
Üçüncü mərhələ 1988-1992-ci illər.
Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə ya�ın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da da�il olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tari�i mədəni abidələri, dini müəssisələri, məktəb, �əstə�ana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara mə�sus 2000-dən artıq qəbristanlıq dağıdıb. Ermənilər tari�ən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib.
Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948-1953-cü illərdəStalinin göstərişi ilə həyata keçirilmişdir. Əgər krım tatarlarını çeçenləri və digər xalqları almanlarla əməkdaşlığa görə cəzalandırıb köçürmüşdülərsə, azərbaycanlıların köçürülməsinə yeganə səbəb onların azərbaycanlı olması idi.
Əgər digər repressiyaya məruz qalan xalqlar yaşadıqları bütün torpaqlardan deportasiya olunmuşdularsa, azərbaycanlılar yalnız Ermənistandan köçürüldülər ki, məqsəd Ermənistanın "təmizlənməsi" idi. Ermənistanın bütün toponimini də təmizlənməsi qərara alınmışdı. SSRİ Nazirlər Kobinetinin çoxlu saylda sərəncamları ilə 2 mindən çox ad dəyişdirildi. Lakin Ermənistanın tam təmizlənməsinə sovet dövrü bəs etmədi. Ermənistanın məsul işçilərindən biri olan Manuk Vardanyanın sözlərinə görə ölkədəki bütün türk mənşəlli sözlərin dəyişdirilməsi 2007-ci ildə sona çata bilər. [
İyirminci əsrdə əsrlər boyu Ermənistanın şərqində yaşamış azərbaycanlılar, sosial sahədə sıxışdırılaraq və deskriminasiya olunaraq çağırılmamıç qonağa çevrildilər. Ermənilər bu insanların hesabına vətənlərinə olan hüququ realizə etmişdilər. 1918-1920 illərdə on minlərlə azərbaycanlı Zəngəzurdan qovuldu. 1940-cı illərdə erməni gəlmələri üçün yer əldə etmək üçün daha on minlərlə azərbaycanlı Azərbaycana deportasiya olundu. 1988-1989-cu illərdə son etnik təmizlənmə vaxtı isə yerdə qalanlar qovuldular.
Fransa, Rumıniya, Azərbaycan, Türkiyə, Ukrayna, İtaliya parlamentariləri tərəfindən imzalanmış Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərarına əsasən " Böyük Ermənistan yaradılmasına yönəlilmiş azərbaycanlı əhalinin məcburi köçürülməsi, yüz ildən artıq bir dövrü əhatə edir".
Tarixçilərin və tədqiqatçıların fikrinə görə azərbaycanlıların indiki Ermənistandan etnik təmizlənməsi və deportasiyalarının əsas səbəbi reqionun və ölkənin milli tərkibinin dəyişdirilməsi idi.
Qərbi Azərbaycanın erməniləşdirilməsi
Ermənilər deportasiya planını həyata keçirməzdən əvvəl bunun üçün �üsusi siyasət yürüdüb. Azərbaycanlılar isə həmin va�tlarda ermənilərin bu iyrənc siyasətinin ar�asında duran məqsədləri dərk etməyib. Çar Rusiyası tərəfindən İrəvana köçürülən ermənilər əvvəlcə məskunlaşdıqları kənd, rayon, qəsəbə, dağ-dərə, mahal və digər yerlərin adlarını dəyişərək erməniləşdiriblər. Bu ərazidə olan azərbaycanlı adlarını öz adları ilə əvəzləyiblər. O va�t Qərbi Azərbaycanın-indiki Ermənistanın 34 rayonunun adı dəyişdirilib.
Hazırda Qəmərli-Artaşat, Arpaçay-A�uryan, Kəvər-Kamo, Basarkeçər-Vardenis, Allahverdi-Tumanyan, Aşağı Qaranlıq-Martuni, Qarakilsə-Quqark, Hamamlı-Spitak kimi dəyişdirilərək erməniləşdirilib. Bundan sonra özlərinə şərait yaradan ermənilər azərbaycanlıları köçürməyə, təzyiqlər göstərməyə başlayıb. Azərbaycan tərəfindən hər il ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım, vəhşiliklər barədəBirləşmiş Millətlər Təşkilatına, YUNESKO-ya, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına və dünya ictimaiyyətinə müraciətlərlər göndərilsə də nəticə hələ ki, yoxdur.
Hazırladı: Sevda Əsgərova
“Millətçilik” qəzeti

Bu xəbər oxucular tərəfindən 1453 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |