Şrift:
Ərdoğan: Yaxın illərdə öz kosmik gəmimizin istehsalına başlayacağıq
30.01.2024 [10:09] - Xəbərlər, Gündəm
Türkiyə öz kosmik gəmisinin istehsalına başlamağı planlaşdırır.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşdə deyib.

"İlk astronavtımızı kosmosa göndərmək yeni nəsil hazırlamaq üçün ilk addımımız idi. Ümid edirəm ki, raketimizi kosmosda görəcəyik. İnşallah, yaxın illərdə öz kosmik gəmimizin istehsalına başlayacağıq", - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, ilk türk astronavt Alper Gezeravcı bu ilin yanvarın 19-da Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb. Onun bu həftənin sonunda Yerə qayıdacağı gözlənilir.

Ərdoğan Türkiyənin ikinci təyyarədaşıyıcısının inşası planlarını da açıqlayıb. “Biz 2002-ci ildə hakimiyyətə gələndə Türkiyənin özünün müdafiə sənayesindəki payı cəmi 20 faiz idi. İndi 80 faiz təchizat səviyyəsinə çatmışıq və bunu 100 faizə çatmaq niyyətindəyik. Əgər hərbi cəhətdən zəifsənsə, tərk edilmişsən. İndi biz ikinci təyyarədaşıyan gəmimizi öz tərsanəmizdə tikəcəyik”, - deyə Türkiyə lideri qeyd edib.
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed