Şrift:
ABŞ-dən alınacaq F-16-ların bir qisminin Türkiyədə istehsalı planlaşdırılır
31.01.2024 [10:12] - Gündəm
ABŞ-dən alınacaq F-16-ların bir qisminin Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən istehsalı planlaşdırılır.
Buna səbəb F-16 istehsalçısı "Lockheed Martin"in istehsal gücünün ayda dörd təyyarə ilə məhdudlaşmasıdır.

Məlumata əsasən, istehsalçı "Lockheed Martin" ilə müqavilənin imzalanması ilə ilk F-16-ların 2029-cu ildə təhvil verilməsi gözlənilir. F-16-ların modernləşdirilməsinə isə 2025-ci ildə başlanacağı gözlənilir. Lakin Türkiyə F-16-lar və modernizasiya dəstləri üçün növbə gözləmək istəmir.

Ətraflı
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra ABŞ prezidenti Co Bayden Konqresə müraciət edərək Ankaraya “F-16” satışını təsdiqləməyə çağırıb.

Daha sonra ABŞ Dövlət Departamenti Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud F-16-ların modernləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş verib
Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed