Şrift:
Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı Ağ Evdən açıqlama
01.02.2024 [09:56] - Xəbərlər, Gündəm, Siyasət
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın S-400-lərlə bağlı narahatlığını aradan qaldıracağı təqdirdə Türkiyənin yenidən F-35 proqramına qoşulmasının mümkün olduğunu bildirib.

Kirbi bu barədə gündəlik mətbuat brifinqində F-35-lərlə bağlı sualı cavablandırarkən deyib.

Kirbi Türkiyəyə F-16 satdıqdan sonra bu ölkənin F-35 proqramına qayıda biləcəyi sualına cavab verərkən deyib ki, hazırda bu mövzuda heç bir dəyişiklik yoxdur: “Bu mövzuda danışıqlarımız davam edir. Türkiyə bu mövzuda narahatlıqlarımızı aradan qaldıra bilsə, o zaman F-35 proqramındakı iştirakı bərpa edilə bilər”.

Türkiyədə danışıqlar aparan ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nuland Rusiyadan alınan S-400 raketdən müdafiə sistemi ilə bağlı vəziyyətin həll olunacağı təqdirdə Türkiyəni yenidən F-35 proqramına qəbul etməkdən məmnun olacaqlarını bildirib.
Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed