01.02.2024 [09:57] - Gündəm, İdman
İngiltərə Premyer Liqasında XXII turun növbəti oyunları keçirilib.
Ötən gün üç qarşılaşma baş tutub. Turun mərkəzi görüşü "Liverpul" və "Çelsi" komandaları arasında olub. Gərgin və maraqlı keçən oyun Mersisayd təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 23-cü dəqiqədə meydan sahiblərinin heyətində Dieqo Jota açıb. Konor Bradley 39-cu dəqiqədə ikinci topu rəqibin qapısında keçirib. 65-ci dəqiqədə Dominik Şobozlai fərqi üç topa çıxardıb. London təmsilçisinin heyətində Kristofer Nkunku 71-ci dəqiqədə toplardan birinin əvəzinə çıxsa da, oyunun yekun nəticəsini 79-cu dəqiqədə Luis Dias müəyyənləşdirib.
Günün əvvəlki oyunlarında "Mançester Siti" "Börnli"yə 3:1, "Tottenhem" isə "Brentford"a 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnir cədvəlinə 51 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 46 xalla 2-ci, eyni xala malik "Arsenal" 3-cüdür. "Tottenhem" isə 43 xalla dördüncü pillədə qərarlaşıb.

Bu xəbər oxucular tərəfindən 645 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |