Şrift:
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların müzakirəsinə başlayır
01.02.2024 [09:58] - Siyasət
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk dünyanın müxtəlif yerlərində davam edən münaqişələr fonunda tərəfləri yenidən sülhə səsləyib.
Katoliklərin ruhani lideri müharibələrdəki bu qədər artan qəddarlıqların və müdafiəsiz qurbanların fəryadlarının sülh planlarını alovlandırdığını bildirib.

“Qoy bu günahsız insanların ağrılı fəryadları ölkələrin liderlərinin qəlbinə toxunsun. Hər zaman mülayim, heç vaxt qəddar olmayan Rəbbdən sülh diləyirik”, - deyə pontifik qeyd edib.

Roma Papası münaqişələrdəki qəddarlığı pisləyib, insanları Ukraynada, Yaxın Şərqdə və dünyanın digər münaqişə bölgələrində həlak olanlar üçün dua etməyə çağırıb.

Nihad Budaqov
Bu xəbər oxucular tərəfindən 471 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed