Şrift:
Hərbi hissələrdə döyüşə hazırolma üzrə məşğələlər keçirilir
01.02.2024 [10:05] - Gündəm, Hərb
Qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə Azərbaycan Ordusunda təlim-tədris prosesi davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə döyüşə hazırolma üzrə tədbirlər həyata keçirilir.

Tədbirlər zamanı bölmələrin həyəcan siqnalı ilə qaldırılaraq döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqlar məşq etdirilir.

Qeyd edək ki, 2024-cü ilin hazırlıq planına əsasən, bölmələrin daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkəti də nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 1389 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed