12.02.2013 [11:22] - DAVAMın yazıları
Akif Nağı
Mən “Qarabağ məsələsini Rusiya yaradıb” deyənlərin fikrini heç vaxt bölüşməmişəm və bu tezisi yanlış hesab etmişəm. Rusiya özü nəisə yaratmır, amma yaranmış situasiyalardan çox bacarıqla istifadə edir. Heç kəs mübahisə etməz ki, ötən əsrin 60-cı illərindəki Karib böhranını Rusiya yaratmamışdı, amma bacarıqla istifadə etdi, 60 nüvə başlıqlı raketini Kubaya yerləşdirdi, ötən əsrdən bu günə qədər davam edən “ərəb baharı” hadisələri, son Suriya hadisələri də bu qəbildəndir. Rusiya Suriyadan hələ tam istifadə edib qurtarmayıb, ona görə də məsələ hələ də davam edir, İranla bağlı da eyni fikirləri demək olar.
Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə ilə bağlı problemləri də Rusiya yaratmayıb, amma gördüyünüz kimi, çox məharətlə istifadə edir. İstər bu münaqişələrin, istərsə də Qarabağ məsələsinin Rusiya tərəfindən deyil, başqa amillərin təsiri altında yarandıqlarını sübut etməyə yer ayırmaq istəmirəm. Bunu hər kəsin öz ixtiyarına buraxıram. Müqayisə üçün onu da deyim ki, Rusiyadan fərqli olaraq ABŞ problemləri özü yaradaraq həlli ilə məşğul olmağı xoşlayır, özü yaratmadığı problemlərə girişmir. Qarabağ məsələsinə münasibətdə bunu göstərmək olar. Bu, bir “panamerikan eqoizmi” ilə bağlıdır. Monro doktrinasını xatırlayırsınız: “Amerika amerikalılar üçündür!” Yəni buranın problemləri də, hər şeyi də bizlikdir. Birinci dünya savaşından sonra bu doktirina bir qədər dəyişildi: “Dünya amerikalılar üçündür!” Bu doktrinaya görə, ABŞ dünyanın istənilən nöqtəsində “milli təhlükəsizliyinə təhlükə” adlı problemlər yaradır və həlli ilə məşğul olur.
Qayıdaq konkret mövzumuza. Rusiya Qarabağ məsələsi ortaya çıxan kimi onun “əhəmiyyəti”ni dərhal dəyərləndirdi və yararlanmağa başladı. 1988-ci ildən bu günə qədər davam edən hadisələri düşünərək gözünüzün qabağından keçirin. Çoxları deyirlər ki, Qarabağın açarı Rusiyanın əlindədir. Bu, Rusiya təbliğatının ictimai rəyə yeritdiyi fikirdir. Qarabağ məsələsinin həlli bu məsələnin Rusiyanın əlindən alınması ilə mümkündür. Bu, real bir işdir, heç kəs özünü qorxutmasın və Rusiyanın təsir agentlərinin yaydıqları fikirlərə uymasın.
Mənim müşahidələrimə görə, Azərbaycan hakimiyyəti Rusiyanın Qarabağ məsələsindən kənarlaşdırılması istiqamətində ilk addımlarını artıq atır. Rus ayısının dişlərinin sındırılması prosesi başlayıb. Ramil Səfərovun gətirilməsi, Qəbələ RLS-nin geri alınması, neft-qaz lahiyələrindəki fərqli təşəbbüslər bu dişsındırma prossinin görünən tərəfləridir. Mən əminəm ki, daha ciddi, amma görünməyən məsələlər də var. Dişləri sındırılan ayının quduzlaşması da göz önündədir. Xocalı aeroportu, “Milyarderlər İttifaqı”, Əkrəm Əylisli olayı, Moskvadakı aksiyalar, Azərbaycanın bölgələrində aksiyalar, Narişkinin son açıqlaması, Putinin hələ də küsülü vəziyyətdə qalması, rusiyalı ekspertlərin və Azərbaycandakı təsir agentlərinin fəallaşması bu quduzlaşmanın əlamətləridir.
Rusiyanın quduzluq zəminində atdığı addımların heç biri onun gözlədiyi effekti vermədi. Hakimiyyət operativ reaksiya verə bildi, cəmiyyətin isə özünümüdafiə instinkti işə düşdü. Rusiyanın Azərbaycanda təsir imkanlarını sürətlə itirdiyi adi gözlə də görünür. Şimal qonşumuz bu imkanlanları, mövqeyini bərpa etmək və möhkəmləndirmək üçün iki vasitədən istifadə edə bilər: hakimiyyətin daxilində yerləşdirdiyi təsir agentləri və müxalifətin daxilindəki hakimiyyət hərisləri. Kreml son dövrə qədər bu amillərin hər ikisindən müxtəlif məqamlarda yaralana bilib. Hakimiyyət öz daxilindəki təsir agentləini neytrallaşdırmaq gücünə malikdir, sadəcə bu gücdən səmərəli və qətiyyətlə istifadə olunmalıdır.
Rusiyanın öz istəyinə çatıb-çatmayacağı daha çox cəmiyyətin, xalqın özünümüdafiə qabiliyyətindən asılı olacaq. Cəmiyyət, xalq aldadılmasına imkan verməsə, düşmən istəyinə nail ola bilməyəcək. Bunun üçün hər kəsi, partiya, QHT rəhbərindən tutmuş sıravi vətəndaşa qədər hamını 3 prinsipi yaddan çıxartmamağa çağırıram: dövlətin möhkəmlənməsi, müstəqilliyin artırılması, ərazi bütövlüyünün bərpa edilməsi. Hakimiyyət, vəzifə, var-dövlət–hamısı müvəqqətidir, qalan, daimi olan dövlət, müstəqillik və torpaqdır. Bunları heç kəs yaddan çıxartmasın, istənilən addımını atanda bu 3 dəyəri, pirinsipi fikirləşsin: hərəkətimiz bunların saxlanmasına, qorunmasına, güclənməsinə xidmət edir, yoxsa əksinə?!
Fikrimin aydın başa düşülməsi üçün bir misal çəkim. Mənim üçün bir məmur balasının əyyaşlıq etməsi, adamları təhqir etməsi eybəcərlikdi, vəhşilikdi, amma dövlətçilik üçün o qədər də təhlükəli deyil. Həmin əyyaşın hərəkətərinə görə küçəyə çıxmaq, hər şeyi dağıtmaq isə dövlətçilik üçün çox təhlükəlidir.
Azərbaycan hakimiyyəti və cəmiyyəti, hər bir vətəndaş dövlətçilik, vətənçilik mövqeyində dayansa, Rusiya Azərbaycanda həmçinin Qafqazda heç nə edə bilməz. Ondan sonra Qarabağ məsələsini Rusiyanın əlindən almaq elə Qarabağın azadlığı demək olacaq.

Bu xəbər oxucular tərəfindən 863 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |