02.02.2024 [09:56] - Gündəm, Bildiriş
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı martın 3-də və 10-da, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə martın 17-də, aprelin 7-si və 21-də keçiriləcək.
DİM-dən bildirilib ki, buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki ilə mərkəzin saytında yerləşdirilən cədvəldə tanış olmaq mümkündür.
Gəncə şəhərində yerləşən məktəblərin 11-ci və 9-cu sinif, Xəzər, Sumqayıt, Abşeron, Şəmkir, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz və Quba rayonlarında yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki günə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, 1-ci və 2-ci hissə kimi adlandırılıb. Yaxın günlərdə hissələr üzrə məktəblərin siyahısı cədvələ əlavə olunacaq.
İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Bu xəbər oxucular tərəfindən 1218 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |