06.02.2024 [10:42] - Siyasət
Qırmızı dənizə Avropa İttifaqının birgə hərbi missiyası fevralın 19-da göndəriləcək. İtaliya dənizdəki missiyaya operativ komandanlıq edəcək.
“Aspides” (yunanca “qalxan”) adlı missiyaya İtaliya Hərbi Dəniz Qüvvələrinin “Duilio” super esminesi, eləcə də Almaniya, Yunanıstan və Fransa hərbi-dəniz qüvvələrinin freqat gəmiləri daxildir.
Missiyanın məqsədi husilərin Qırmızı dənizdə beynəlxalq ticarətə təsir edən hücumlarının qarşısını almaq, ticarət gəmilərinin müdafiəsini gücləndirməkdir. Hərbi missiya BMT-nin Dəniz Hüquqları Konvensiyasına uyğun fəaliyyət göstərəcək və müdafiə xarakterli olacaq.
Yaponiyada səfərdə olan İtaliyanın Baş naziri Ciorcia Meloni ölkəsinin hərbi missiyasında iştirakını və müdafiə missiyasına komandanlığının əhəmiyyətini qeyd edib. Bildirib ki, bu, Avropa və İtaliya üçün strateji əhəmiyyət daşıyır.
İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani isə missiyaya qarşı hər hansı hücum olacağı təqdirdə, lazımi tədbirlərin görüləcəyini bildirib.
İtaliya Senatının müdafiə komissiyasının sədri Stefaniya Kraksi deyib ki, ölkəsi milli maraqlarını müdafiə etmək üçün Qırmızı dənizdəki missiyaya komandanlıq edəcək.
Nihad Budaqov

Bu xəbər oxucular tərəfindən 424 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |