Şrift:
İran ruslara de-şifrə olunmuş məlumatları ötürüb
12.02.2013 [11:45] - Gündəm, Hərb
İran ələ keçirdiyi ABŞ pilotsuz təyyarəsinin şifrəsi açılmış məlumatları ruslara ötürüb.Bunu İran xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Hamidreza Zakeri açıqlayıb. Zakeri iddia edir ki, hələ 2007-ci ildən İran İnqilabi Keşikçilər Qvardiyasının bazasında Rusiya hərbçiləri yerləşib. Onlar hərbi işlər, eləcə də amerikan texnologiyaları ilə tanış olmaqda yardım edirlər.

Onun sözlərinə görə, Amerikanın pilotsuz təyyarəsini məhz elə ruslar ələ keçirib. Təyyarələr de-şifrə edildikdən sonra məlumatlar Rusiya tərəfinə verilib. Öz növbəsində isə Rusiya "S-300" zenit raket kompleksləri ilə bağlı məlumatları Tehrana ötürüb.
Bu xəbər oxucular tərəfindən 837 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed