Şrift:
Hüccətul-İslam Əzimi Qədim Təbriz zindanına intiqal edilib
12.02.2013 [12:09] - Güney Azərbaycan xəbərləri
Taninmiş azərbaycanlı fəal Hüccətul-İslam Əbduləziz Əzimi Qədim 44 gün saxlanıldıqdan sonra zindana intiqal edilib.
O, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsindən Təbriz zindanına köçürülüb. Bu barədə Hüccətul-İslamın özü, ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq, Təbriz zindanının ruhanilər bölümünə intiqal edildiyini bildirib.
Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal 2012-ci il dekabrın 27-də Marağa şəhərində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. O, İranla işğalçı Ermənistanın əlaqələrinə qarşı keçirilən etiraz aksiyasında çıxışı etdiyi vaxt tutuqlanıb.
Bu xəbər oxucular tərəfindən 1022 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed