Şrift:
Azərbaycanlı fəal Cəfər Rüstəmirad ETTELAATa çağırılıb
12.02.2013 [12:23] - Güney Azərbaycan xəbərləri
Ərdəbil sakini Cəfər Rüstəmirad Ərdəbilin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə çağırılıb və sorğu-suala tutulub.
Məmurlar qarşıdan gələn Dünya Ana Dili günü ilə bağlı mümkün fəaliyyətlər barəsində məlumat almağa çalışıb və Abbas Lisani, Rəhim Qulami və Əsgər Əkbərzadə kimi fəalların mümkün planları barədə sullar veriblər.
ETTELAAT məsulları azərbaycanlı fəalı milli fəaliyyətlərini davam edəcəyi təqdirdə, təhsildən mərhum ediləcəyini və işlədiyi işə qadağa qoyulacağını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 878 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed