Şrift:
Fərəc Quliyev:Hərbi addım kimi sərhədlərimizdə keçirdiyi təlimləri nəzərdə tutur
09.02.2024 [10:16] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani jurnalistlər və ekspertlərlə görüşündə deyib ki, onların regional məsələlərlə bağlı mövqeləri bəllidir:

“Biz sərhədlərin dəyişdirilməsinin, geosiyasi dəyişikliklərin əleyhinəyik və davranışımızla, siyasi və hərbi addımlarımızla göstərmişik ki, bu cür dəyişikliklərə dözməyəcəyik”.

Onun sözlərinə görə, İran hesab edir ki, Ermənistanda sülh hökm sürməlidir: “Ölkələr qarşıdurma yolu ilə getməyə çalışsalar, bu onların təhlükəsizlik sisteminin pozulması olacaq. Əgər ölkələr sülhə can atsalar, o zaman iqtisadi inkişaf yolu ilə gedə bilərlər. Bu, ən yaxşı həll yolu ola bilər”.

İranın Azərbaycan sərhədində atdığı siyasi addımlarını bildik, bəs "hərbi addımlar" nədən ibarət olub?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bölgədə baş verən proseslərdə İran öz iştirakının vacibliyini, bugünkü durumun yaranmasında özünün böyük xidmət və imkanlarını göstərmək istəyir: “Sanki “burda baş verən böyük toqquşmalarda İran amili rol oynayır”, deyə göstərməyə çalışırlar. Əslində, Zəngəzur dəhlizi ilə bağlı çəkişmələr Rusiya ilə Qərb arasında gedir. Rusiya Ermənistanda hakimiyyət dəyişikliyində özünə uyğun bir adamın gəlməsindən sonra tam şəkildə hər şeyi ələ alıb, dəhlizin açılmasını istəyir. Qərb və Amerika isə Ermənistanda sərhəd qoşunlarını yaradandan, Rusiyanı Ermənistandan çıxarandan sonra dəhlizin açılmasında maraqlıdır. Burada İran amilinə xüsusi yer verilib. İran isə məsələləri belə qabartmaqla, hərbi və siyasi təsirlərlə sərhədlərin dəyişməməsini, geopolitik, geosiyasi mənzərənin dəyişməməsini özləri etmiş kimi göstərməyə çalışır. Yəqin ki, hərbi addım kimi sərhədlərimizdə keçirdiyi təlimləri nəzərdə tutur. Siyasi addım kimi, Qafanda konsulluğun açılmasını, verdiyi siyasi bəyanatları nəzərdə tutur. Onu narahat edən isə sərhədlərin dəyişməsində yeni, böyük siyasi fiqurların olmamasıdır. Mövcud vəziyyətdə İran özünə daha çox pay götürmək istəyir. İranın mövqeyi hər zaman aydındır. Mənfəətinə görə dostlarını həmişə satar. Zəngəzur dəhlizi məsələsində yolun İran ərazisindən keçməsini təklif edən kimi, Ermənistanı böyük mənada satdı. Bu, siyasi ağırlığı olmayan bir yanaşmadır. Məqsəd, Ermənistan əhalisini qazanmaq və dünya ictimai rəyində İranın böyük söz sahibi olduğunu göstərməkdir. Çünki Yaxın Şərqdə baş verən hadisələr, Suriyada, İraqda bəzi qüvvələrin Amerika bazalarına zərbələr endirməsi ilə İran göstərmək istəyir ki, bütün bölgələrdə, Qafqazda da güclüdür. Bir az da qorxudan özünü güclü göstərmək istəyir. Reallıqda isə Qafqazda Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə İranın təsir imkanları həddən artıq məhduddur. Azərbaycan tərəfindən onun mövqeləri qəti nəzərə alınmır. O burada hərbi təlim keçdi və cavabını da aldı. Azərbaycan Türkiyə ilə hərbi təlimini də keçdi, bizim Prezident də ona mesaj göndərdi, açıq bəyanatla çıxış etdi ki, biz qat-qat böyük güclərin qarşısında bütün üsullarla mübarizə aparmağa hazırıq, bütün məqamlarda bizim söz keçərlidir”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 570 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed