Şrift:
Polşada NATO-nun irimiqyaslı təlimləri elan edilib
09.02.2024 [10:49] - Gündəm
Polşada, bazar ertəsi, fevralın 12-dən hərbi texnikanın hərəkəti demək olar ki, bütün yollarda intensivləşəcək. Bu, NATO-nun son onilliklərin ən böyük hərbi təlimi olan “Steadfast Defender-24” ilə bağlıdır.

Bu barədə Polşa Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
Baş Qərargahın məlumatına görə, Polşada hərbi texnikanın kolonnalarının hərəkəti təlimlər çərçivəsində həyata keçiriləcək. Beləliklə, müttəfiq qoşunlarının köçürülməsi təcrübəsi, sərhədyanı fəaliyyətlərin əlaqələndirilməsi və qəbul edən ölkələrlə əməkdaşlıq təlimi planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed