Şrift:
Amerikanın daha bir əyaləti Xocalı soyqırımını tanıdı
12.02.2013 [12:56] - Gündəm, Diaspor
Fevralın 8-də ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Arkanzas ştatının Nümayədələr Palatası Xocalı soyqırımını tanıyıb. Qurum Xocalıda baş verənlərin soyqırım kimi tanıması barədə qətnamə qəbul edib.
Bu qətnamə layihəsi Jonathan Barnett və Karen Hopper tərəfindən Nümayəndələr Palatasına təqdim olunub. Qətnamədə göstərilir ki, 1992-ci ilin 25-26 fevral tarixində Ermənistan silahlı qüvvələri və rus qoşunları Dağlıq Qarabağda Xocalı şəhərinə hücum edib.

Bu zaman Azərbaycan əhalisi kütləvi soyqırıma məruz qalıb, mindən çox adam öldürülüb. Öldürülənlərin əksəriyyətini isə qadın və uşaqlar təşkil edib. Qeyd edək ki, bundan əvvəl ABŞ-ın bir neçə ştatı Xocalı soyqırımını tanıyıb
Bu xəbər oxucular tərəfindən 1095 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed