Şrift:
Pakistanın iki aparıcı partiyası koalisiya hökuməti qurmaq barədə razılığa gəlib
14.02.2024 [10:41] - Siyasət
Nəvaz Şərifin rəhbərlik etdiyi Pakistan Müsəlman Liqası və liderləri sabiq xarici işlər naziri Bilaval Bhutto-Zərdari və ölkənin sabiq prezidenti Asif Əli Zərdari olan Pakistan Xalq Partiyası (PPP) koalisiya hökuməti yaratmaq qərarına gəliblər.

Bu barədə "Geo TV" televiziya kanalı xəbər verib.

"Biz ölkəni böhrandan çıxarmaq üçün koalisiya hökuməti qurmaq qərarına gəldik", - deyə Asif Əli Zərdari bildirib.

Seçki komissiyasının məlumatına görə, fevralın 8-də keçirilən seçkilərdən “Pakistan Ədalət Hərəkatı” 264 yerlik parlamentdə 101 yer qazanıb. Lakin heç bir partiya hökuməti qurmaq üçün lazım olan 135 yerə sahib ola bilməyib. Şərifin partiyası isə seçkidə 75 yer qazanaraq ikinci olub.
Bu xəbər oxucular tərəfindən 312 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed