Şrift:
ABŞ 2025-ci ildə “F-35” qırıcılarının alışını 18 faiz azaltmaq niyyətindədir
15.02.2024 [10:15] - Gündəm
ABŞ Prezidenti Co Bayden Konqresin müəyyən etdiyi büdcə məhdudiyyətləri səbəbindən 2025-ci maliyyə ilində “F-35” qırıcılarının alışını 18 faiz azaltmaq niyyətindədir.
Bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
Məlumata görə, Pentaqon “Lockheed Martin”dən 83 deyil, 70-dən az qırıcı sifariş etmək niyyətindədir. Bu da həmin modelin xərclərini 1,6 milyard dollar azaldacaq.

“Lockheed Martin” alışların azaldılması nəticəsində şirkət qırıcı istehsalı proqramından əldə etdiyi gəlirləri təxminən dörddə bir dəfə itirə bilər. Bir təyyarənin qiyməti 80-120 milyon dollar arasında dəyişir.

Həmçinin qeyd edilib ki, ABŞ-ın 2025-ci il üçün ümumi hərbi büdcəsi təxminən 895 milyard dollar ola bilər. Bu, Co Bayden tərəfindən 2024-cü il üçün təsdiq edilmiş 886 milyard dollarlıq büdcədən daha çoxdur. Lakin buna baxmayaraq, bir sıra proqramlarda ixtisarlar, Ukrayna və İsrailə tədarük olunan silah-sursatın yenilənməsində ləngimələr gözlənilir.
Bu xəbər oxucular tərəfindən 354 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed