16.02.2024 [10:45] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Azərbaycan və Türkiyə ilə hesablaşmadan bu regionda heç nə etmək mümkün deyil”.
Bu fikirləri Donald Trampın yenidən ABŞ prezidenti seçiləcəyi təqdirdə Avropanı Rusiyanın əli ilə cəzalandıracağı və “köhnə dünya”nın Türkiyəyə ehtiyacının artacağına dair ehtimallları dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.
Fərəc Quliyev bildirib ki, aralarındakı gərginliyə baxmayaraq, ABŞ və Avropanın Türkiyəyə çox böyük ehtiyacı var:
“Hesab etmirəm ki, Trampın dedikləri həmən gerçəkləşəcək. Seçki ərəfəsində deyilən fikirlər daha çox seçiciyə, səs qazanmağa hesablanır. Böyük ehtimalla, Tramp seçki öncəsi ya Rusiyanı zərərsizləşdirmək istəyir, ya da onun dəstəyini istəyir. Ötən seçkilərdə belə söz-söhbət vardı ki, Tramp Rusiyadan dəstək alıb.
Ümumiyyətlə, ABŞ-da prezidentlik institutu simvolikdir. Ora institutlaşmış dövlətdir. Yəni “dərin dövlət” bütün məsələləri həll edir. Hətta Bayden kimi huşunu tez-tez itirən, yıxılan şəxs belə bu vəziyyətində dövləti idarə edir. Çünki idarəçilik onların əlində deyil. Sistem elə qurulub ki, ABŞ-ın mühüm məsələlərini bir nəfər həll etmir. Ona görə də, Trampın nəsə deməyi çox şeyi dəyişməz.
Üstəlik, Trampın tərəfdarları daha çox kənardan güc almağa çalışırlar. Trampın dönəminə baxanda görərik ki, o, ABŞ-ı kifayət qədər qüvvətləndirmişdi. Hətta İraqdakı neft yataqları ilə bağlı məsələ ortaya çıxanda deyirdi ki, mənə neft çıxan ərazilər lazımdır, başqaları yox. Yaxud deyirdi ki, ABŞ əsgərlərini ölümə göndərməyəcəm, orada proksi qüvvələr yaratmışıq, yerli qüvvələri işlədəcəyik. Doğrudan da, çox açıq mətnlə danışan biri idi.
ABŞ-Avopa münasibətlərində nə olur-olsun, onlar bir-birinə möhtacdır. Anqlo-saksların ata ocağı olan İngiltərə var. ABŞ İngiltərəni gücsüz, müttəfiqsiz saxlamaz. Tramp NATO-dan çıxmaqla bağlı da fikir səsləndirib. Fransa indi də o təşəbbüslə çıxış edir ki, Avropa öz ordusunu yaratmalıdır.
Türkiyə məsələsinə gəldikdə isə indiki ABŞ hakimiyyəti də, Tramp da rəsmi Ankara ilə münasibətləri yaxşılaşdıracaq. Artıq ABŞ hesablaşıb ki, məhvərində Türkiyə-Azərbaycan olmaqla, Türk Dövlətlər Təşkilatı var. Bu güc Orta Asiyadan Avropaya qədər çox geniş əraziləri əhatə edir. Bu dövlətlərlə hesablaşmadan regionda heç nə etmək mümkün deyil. Bəzi məqamlarda ABŞ məsafə saxlamış kimi görünsə də, anqlo-saksların ata ocağı olan İngiltərənin Türkəyə və Azərbaycanla münasibətləri yaxşıdır. ABŞ-ın və Avropanın Türkiyəyə ehtiyacının olduğu şübhəsizdir”.
Səxavət Məmməd/yenicag.az

Bu xəbər oxucular tərəfindən 552 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |