02.11.2011 [16:04] - Gündəm
Avropa Birliyinə (AB) üzv ölkələrin Azərbaycandakı səfirləri və səfirlik nümayəndələri cəbhə bölgəsinə səfər ediblər.
Səfər AB-nin Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə baş tutub.
Böyük Brityaniya, Latviya, Almaniya, Fransa, Litva, Yunanıstan, Norveç və digər diplomatik nümayəndəliklərin təmsilçiləri oktyabrın 31-i və noyabrın 1-də Füzuli rayonunda olublar.
Diplomatlar rayon rəhbərliyi, yerli əhali, məcburi köçkünlərlə görüşüb, cəbhə bölgəsindəki vəziyyətlə tanış olublar.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin tez-tez pozulması görüşlərdə əsas müzakirə mövzularından biri olub.
Diplomatlar artıq Bakıya qayıdıblar.

Bu xəbər oxucular tərəfindən 1328 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |