Şrift:
Avropa anbarlarında qaz ehtiyatları rekord səviyyədədir
19.02.2024 [09:50] - İqtisadiyyat
Fevralın ortalarında Avropa anbarlarında qaz ehtiyatları rekord səviyyədə yüksək olub - 73,4 milyard kubmetr.

Hazırda Avropanın qaz anbarları 66,58 faiz doludur. Bu son beş ilin analoji dövrünün orta göstəricisindən 15,38 faiz çoxdur. Fevralın 12-də anbarlardan 376 milyon kubmetr qaz götürülüb və 20 milyon kubmetr vurulub. İstilik mövsümü başlayandan bəri isə götürülən qazın həcmi 40,3 milyard kubmetrə çatıb.

Avropa ölkələri yeraltı anbarlarını hələ avqustun ortalarında 90 faizədək doldurmuşdu və isitmə mövsümünün əvvəlində bu göstərici 99,63 faizə çatmışdı.

Londonun ICE birjasının məlumatına görə, Niderlanddakı TTF habında min kubmetr qazın fevral fyuçersinin qiyməti 2023-cü ilin iyulundan bəri ilk dəfə olaraq 280 dollardan aşağı düşüb.
Avropada külək generasiyası fevralın əvvəlindən bəri regionun elektrik enerjisinə olan tələbatının orta hesabla 24 faizini təmin edib. Yanvar ayında isə bu göstərici 22 faiz olub.

Qeyd edək ki, Avropada təbii qaz ehtiyatlarının səviyyəsi qlobal bazar üçün əsas göstəricilərdən biridir.
Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed