Şrift:
Həbsdə olan azərbaycanlı fəal Həsən Ərkin səhhətində ciddi problemlər yaranıb
12.02.2013 [16:34] - Güney Azərbaycan xəbərləri
Təbrizin mərkəzi zindanında məhbus həyatı yaşayan tanınmış azərbaycanlı fəal Həsən Ərkində səhhətində ciddi problemlər yaranıb.
Urmu Gölü böhranına çıxış yolu axtarmaq məqsədi ilə Təbrizin Qumtəpə məhəlləsində yığıncaqda tutulub və ədalətsizcəsinə həbs cəzasına məhkum edilən Ərk, onurğa ürək və asma xəstəliklərindən əziyyət çəkir. Son günlərdə isə məhbusun onurğa xəstəliyi şiddətləyib və onun təcili tibbi müalicəyə ehtiyacı var. Halbu ki, zindan məsulları onun xəstəliyinə laqeyd yanaşırlar və günümüzə qədər məhbusun ailəsinin bu zəimində apardıqları mücadilə də heç bir nəticə verməyib.
Bu xəbər oxucular tərəfindən 932 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed