12.02.2013 [16:43] - Gündəm, DAVAMın yazıları
Azər HƏSRƏT
Əkrəm Əylislinin “Daş yuxular” romanıyla bağlı ictimai mövqelər barədə “Əkrəm Əylisli haqqında sifarişli yazım”da söz verdiyim kimi, indi də əsərin bizim lehimizə və əleyhimizə olan məqamları barədə, çox da şərh vermədən, daha bir yazımı oxucuların ixtiyarına vermək istərdim. Belə yanaşmanı ona görə edirəm ki, əsərin, hətta deyərdim ki, Azərbaycana və ermənilərə dəxli olmayan, bu coğrafiyanı düz-əməlli tanımayan birisində yaradacağı təəssüratın necə ola biləcəyinə işıq tutum. Buna nə qədər nail olduğumu, ümid edirəm ki, əsəri hislərə qapılmadan oxuyanlar daha düzgün dəyərləndirə biləcəklər. Yeri gəlmişkən qeyd edim ki, burada əsərdən gətirilən sitatları şəxsən özüm rus dilindən tərcümə etmişəm. Beləliklə, bir qədər uzun olsa da bu yazımın romanın düzgün dəyərləndirilməsi üçün cəhdimi təqdim edirəm.
Romanın janrı onun bir ağı olmasından xəbər verir. Elə ilk səhifədə onun bir roman-rekviyem kimi təqdim edilməsi bundan xəbər verir. Həsr edildiyi kəsimin milli kimliyinə gəlincə, cavab tam aydın deyil: “Özlərindən sonra ağlanmamış ağrı qoyub gedən həmyerlilərimə həsr edilir”. Lakin kitabı oxuduqca bu “həmyerlilərin” ermənilər olduğu anlaşılır. Bu isə ondan xəbər verir ki, roman ermənilər üçün ağı janrında qələmə alınıb. Halbuki hər iki tərəf üçün ağı janrında işləmək olardı.
“Bütün bunlar yerazlardır, doktor, yerazlar. Beş-altı yeraz uşağı... Bu qancıq balası (oxuculardan üzr istəyirəm – A.H.) qaçqınlar adamlara heç hörmət qoymurlar, doktor, mənim əzizim. Onlar nə artist tanıyırlar, nə şair, nə də yazıçı. Elə ki, kimisə erməni adlandırdın, iş bitdi. Dərhal ayaqları altına salıb vəhşi heyvan kimi tapdalayacaqlar.” Bu hissəni oxuyan, özü də əsərin başlanğıcında oxuyan hər kəsdə ilkin təəssürat yaranır ki, “yeraz” adlanan vəhşi bir kəsim var və onlar erməniləri yer üzündən silməyə hazırdır. Niyə, nə üçün? Bunun cavabı hələ ki, verilmir.
“O, çörək almaq üçün evdən çıxıb və dərhal da yerazların əlinə düşüb... Mən ora çatanda bədbəxt öldürülüb hovuza atılmışdı.” Söhbət bir yaşlı ermənidən gedir. Saday bu ermənini müdafiə etmək istəyir və “onu da erməni sayaraq vəhşi heyvan kimi üzərinə atılırlar”. Artıq əsərin əsas qəhrəmanı olan Saday Sadıqlı ortaya çıxır.
“Lakin bu şəhərin sakinləri, elə bil sözü bir yerə qoymuş kimi, insanlıq adlanan şeydən kənar olmağa çalışırdılar. Belə görünürdü ki, insan sifətini qorumaq onlara daha sərf etmirdi.” Burada söhbət Bakıdan gedir və bütün sakinlərə şamil edilərək bu cür fikir yer alır. Artıq söhbət “yerazlar”dan deyil, ümumiyyətlə Bakının bütün sakinləriindən gedir. Müəllif, “bu şəhərin bəzi sakinləri” ifadəsindən də istifadə edə bilərdi.
“Cəmi on-on beş gün öncə doktor Fərzani elə buradaca, əməliyyat otağında 14-15 yaşlı erməni qızına çox mürəkkəb bir əməliyyat etmişdi... Metroda bir neçə Azərbaycanlı qadın onun üzərinə atılıb əzişdirmişdilər.” Bu fikirlər ümumi ab-havanı, ermənilərə qarşı münasibətin dramatikliyini göstərmək üçün istifadə edilir. Və bunun ardınca hansısa şairin xəstəxanaya hücum edib burada 40 il işləmiş erməni kardioloqu kabinetindən qovması və burada bir erməninin belə qalmaması haqqında fikirlər artıq anti-erməni əhvalını şiddətli bir şəkildə diqqətə çatdırmağa bəs edir.
“Deyirlər ki, bir zamanlar orda çoxlu erməni yaşayırmış. Onların yeddi və ya səkkiz kilsəsi, deyəsən, hələ də qalır. Görünür, o ermənilər çox ağıllı və yaxşı adamlar olub.” Əylis kəndi və oranın erməni sakinləri haqqında bu tərifnamədən sonra Saday Sadıqlı deyir: “Pis olan ermənilər deyil, biz özümüzük”. Bununla müəllif ermənilərin daha yaxşı, ağıllı, müsəlmanların isə əksinə olduğunu vurğulamış olur.
Bundan sonra Şuşalı varlı Şahqacar Ərməğanov obrazı haqqında söhbət açılır. Onun Bakıda vəzifə alması, erməni qadını Greta Minasovanın evini əlindən alıb özünü balkondan atması və orda fahişəxana düzəltməsi qabarıq bir şəkildə nəzərə çarpdırılır. Bunun qarşılığında nə Şuşanın özündən, nə də ümumiyyətlə Qarabağdan hər hansı müsbət Azərbaycanlı obrazına rast gəlinmir. Bu üsulla da müəllif bir zamanlar Bülbül, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Xan Şuşinski və yüzlərlə ziyalımızın, millətin elitar nümayəndəsinin beşiyi olmuş Şuşanı və Qarabağı tək bir Şahqacar obrazı ilə bizi tanımayanların gözündə bu cür yerdən yerə vurmuş olur. Eyni zamanda Bakıda “istəyirsən gündə yüz ermənini götür balkondan at. Onlarla birlikdə müsəlmanları da” deyir.
“Yazıçının dediyinə görə, indi Xalq Cəbhəsinin hər bir üzvündə bir və hətta bir neçə pistolet var. Və bu “uşaqların” köməyi ilə nəinki “makar” və ya “kalaşnikov”, hətta əsl pulemyot da almaq olar.” Ən yaxın tariximiz əsərdə belə təhrif edilmiş şəkildə təqdim olunur. Halbuki hər kəs bilir ki, həmin dönəmdə Azərbaycanda adi quş tüfənglərini belə toplamışdılar. Əvəzində isə ermənilər sürətlə silahlandırılırdı. Burada həm də Xalq Cəbhəsinin rəhbəri mərhum Əbülfəz Elçibəy də az qala bir quldurbaşı kimi təqdim edilir. Onun dilindən oxuyuruq: “Artistə yeni pistolet gətirin... Çoxlu da patronu olsun”.
Əsərin daha bir qabarıq obrazı doktor Fərzaninin diliylə müəllif deyir: “Doktor özəlliklə də şəhərin müsəlman əhalisinin ermənilərə qarşı qəddarlığından dəhşətə gəlmişdi. Güman ki, ermənilər tərəfindən belə bir qəddarlığı heç vaxt görməmişdi”. Bununla müəllif demək istəyir ki, müsəlmanlar durub durduqları yerdə qəddarlıq edir, ermənilərsə belə bir hərəkətdən uzaqdır. Və təkrar “yerazlar”a toxunur: “Hə, hə, doktor, gəl içək, arzu edək ki, o, bir daha həmin hissiyyatsız yerazlar kimi vəhşilərin pəncəsinə tuş gəlməsin”.
Müəllif yazdıqlarından o qədər vəcdə gəlir ki, artıq Bakının sakinlərini sürü adlandırmağa başlayır: “İndi adamlar dəstəylə, sürüylə gəzirdilər”.
“Eçmiədzinə gedib katolikosun öz xeyir-duası ilə xristianlığı qəbul etmək, ömürlük orda rahib kimi qalıb Allaha dua edərək müsəlmanların ermənilər üzərində törətdiyi bəd əməllərin bağışlanmasını diləmək istəyi onda Sumqayıt hadisələrindən sonrakı bir gecə qəflətən əmələ gəlmişdi.” Belə anlaşılır ki, Sumqayıt hadisələrini müsəlmanlar törədib və bunların əməlləri o qədər ağırdır ki, buna görə əsərin qəhrəmanı Saday hətta öz dinindən imtina edib ermənilərin dinini qəbul etməyi çıxış yolu kimi görür. Düzdür, onun həyat yoldaşı Azadə xanım bəzi yanlışları düzəltməyə çalışır: “O elə həmin Əylis erməniləri haqqında düşünür və başa düşmür ki, indiki ermənilər bizim bu beyinsiz çığırqanlardan heç də yaxşı deyillər”. Lakin Azadə xanımın sonrakı cümləsi, əslində, onun da Sadaydan fərqli düşünmədiyini göstərir: “O, türklərin o zaman Əylisdə törətdiyi və özünün də görmədiyi qırğını heç cür unuda bilmir”.
Bundan sonra əsərdə bir Mirəli kişidən söz edilir və bir daha vəhşi müsəlman obrazı yaradılır: Mirəli kişi Allahın evini özü üçün odun, ot, saman anbarına çevirmişdi.
Sadayın qaynatası Abasəliyev isə iddia edir ki, “Əylisdə bir zamanlar düz 12 kilsə varmış. Və bura bir zamanlar ermənilər üçün Məkkə və Mədinə kimi idi”. Sonra müsəlmanların ermənilərə qarşı vəhşilikləri o kilsələrin də, ermənilərin də kökünü kəsibmiş.
Türk paşası Ədif bəy ermənilərin “kökünü kəsəndə” bir zamanlar heç kimin adam yerinə qoymadığı Abdulla da fürsətdən istifadə edib mədəni, ürəyiaçıq Minası və ailəsini baltayla doğrayır və evinə sahiblənir. İndi ona görə həmin evdə yaşayanlar psixi xəstə olur. Çünki ermənilərin ruhu onlara dinclik vermir və ümumiyyətlə, erməni evlərini işğal etmiş heç kim adam kimi yaşaya bilmir.
İddia edilir ki, “müsəlmanlar min il də keçsə öz qonşularına zərər vurmazdılar. Bu lənətə gəlmiş Ədif bəyin əmrindən sonra bizimkiləri də alçaqlıq bürüdü”.
Daha sonra davam edilir: “Əhvalat belə olmuşdu: Əylisin erməni əhalisinin heç nədən xəbəri olmasın deyə, Ədif bəyin 30-40 atlısı səhər erkəndən bütün erməni və müsəlman evlərinə baş çəkib elan etmişdi ki, bu gün barışıq olacaq və hər kəs hansısa bir erməninin həyətində toplaşsın. Hamı toplaşandan sonra türk əsgərləri müsəlmanlarla erməniləri ayırıb həyətin başqa tərəflərində sıraya düzmüşdülər. Birdən hardansa “Atəş!” əmri eşidilir və həyəti hər tərəfdən əhatə edən türk əsgərləri erməniləri atəşə tutur. Bir çoxları dərhal ölür. Sağ qalanların isə sonuncuya qədər boğazlarını kəsirlər və ya süngü ilə öldürürlər”. Bu öldürülənləri xəndək qazıb həyətdə basdırırlar və “bütün arxlardakı su düz bir həftə qırmızı rəngdə” axır.
Halbuki müəllif burada tarixi gerçəkləri açıq-aşkar saxtalaşdırır və Ədif bəyin durub durduğu yerdə, həm də Türkiyənin zatən başında min cür bəla varkən, Osmanlı torpaqlarından qalxıb Əylis kəndinə gəlməsinin səbəblərini təhrif edir. Burada türk əsgərlərinin məhz ermənilərin müsəlmanlara qarşı törətdiyi qırğınların qarşısını almaq üçün gəldiyi bilinən tarix gerçəyi olsa da yazar buna işarə belə etmir.
Bundan sonra isə iddia edilir ki, Saday Mesrop Maştotsun erməni əlifbasını məhz Əylisdə yaratdığını eşidibmiş.
Vağzalda küçə alverçisi olan qadınların bir ermənini diri-diri yandırmaları haqqında söz açmaqla və bundan daha dəhşətli olayları ermənilərin törətməsi haqqında susmaqla yazar yenə də tək tərəfli və təhrif olunmuş görüntü yaratmağa davam edir.
Düzdür, bəzən əsərdə müsəlmanların da müsbət tərəfləri haqqında söz edilir. Ancaq bu cəhdlər o qədər zəifdir ki, ermənilərin məzalimə uğramasını təsvir edən fikir və səhnələrlə müqayisədə heç nəzərə də çarpmır. Misal üçün, Sadayla Azadə xanım arasında belə bir dialoq keçir:
- Dünən yuxuda gördüm ki, hansısa erməniyə məni öldürmək üçün pul veriblər.
- Kim, səni kim öldürməyə hazırlaşır?
- Həmin erməniyə pulu bizimkilər vermişdi: indi hakimiyyətdə olanlar.
- Ayıl! Burda artıq çoxdandır ki, heç bir hakimiyyət yoxdur. Olsa da elə hakimiyyətin özü hər yerdə düşmənçilik toxumu səpir. Səncə, Sumqayıtdakı cəhənnəmi elə xalqın özü törətmişdi? Yox, əzizim, yox! Bu KGB, yaxud da indi müxtəlif mafioz qruplara bölünmüş hakimiyyət qalıqları tərəfindən təşkil edilmişdi. Mən heç vaxt inanmaram ki, Saday, Azərbaycanlılar gerçək bir təşkilatçı olmadan bu cür ağılsız vəhşiliyə getsinlər.
- Sən necə belə danışa bilirsən? Axı sən Əylisdə olmusan...
- Bəli, mən Əylisdə olmuşam və bilirəm ki, türklər orada günahsız insanlara qarşı vəhşi qəddarlıq ediblər. Bəs sən ermənilərin minlərlə bədbəxt Azərbaycanlını qovduğu o yerlərdə olmusan? Sən heç olmasa bir dəfə düşündünmü ki, indi başının üstündə damı və gələcəyə heç bir ümidi olmayan bu bədbəxtlərin halı necədir?
Göründüyü kimi, əvvəlcə Sadayı ağıllandırmağa çalışan Azadə xanım da sonda türklərin ermənilərə qarşı “vəhşi qəddarlıq” törətməsindən danışır.
Qəhrəmanın fikirləri bir yerdə boş adlandırılsa da əsərin ümumi ruhu fonunda bu da ciddi şəkildə nəzərə çarpmır: “... hər gün o, fikrən səyahət edərək xristianlığı qəbul etməyə hazırlaşdığı Eçmiədzin haqqındakı boş fikrinə qapılırdı”. Sadayın ağlının yerində olmadığına qaynatası, əslən Əylis ziyalısı olan Abasəliyevin də dilindən işarə edilir: “Görünür, onda amneziyanın ağır formasıdır”. Amma elə məhz bu Abasəliyevin dilindən erməni Zəkəriyə Əylislinin gündəliyinə istinadla Türkiyənin Van, Bitlis, Diyarbəkir vilayətlərinin “o vaxtlar” (1668) Kürdistan adlandırıldığı beyinlərə yeridilir.
Və əsərin sonunda ermənilər nəzərdə tutularaq iddia edilir ki, “Əylisdə o zamanlar Allah kimi adamlar yaşayırdılar”. Bundan sonra qeyd edilir ki, türklər 19-cu yüzilin sonunda Əylisi xaraba qoyub getdilər.
Göründüyü kimi, bu ağı-roman başdan ayağa Azərbaycan və ümumiyyətlə türk millətinə qarşı təbliğat vasitəsi rolunu oynamağa hesablanıb. Azərbaycanı və Ermənistanı tanımayan, ümumiyyətlə bu coğrafiya haqqında bilgisi olmayan bir oxucu bu kitabı oxusa, gələcəyi tək qənaət bu olacaq ki, burada vəhşi müsəlmanlar və ziyalı, ağıllı, mədəni ermənilər qarşı-qarşıyadır. Müsəlman dedikləri də biz oluruq: Azərbaycanlılar və ümumiyyətlə türklər...

Bu xəbər oxucular tərəfindən 1156 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |