12.02.2013 [17:07] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Bu günlərdə Maliyyə Nazirliyi tərəfindən siyasi partiyalara onların fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə vəsait ayrılıb. Nazirliyin açıqladığı məlumatda qeyd olunub ki, parlamentdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasına 1 145 125,89, VHP 136 089,81, AVP 121 029,57, Sosial Rifah Partiyası 105 969,33, Azərbaycan Demokratik İslahatlar Partiyası 105 969,33, Azərbaycan Ümid Partiyası 105 969,33, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 105 969,42, Vətəndaş Birliyi Partiyası 105 969,33, Böyük Quruluş Partiyası 105 969,33,Milli Dirçəliş Hərəkatı Partiyası 105 969,33 və Ədalət Partiyasına 105 969,33 manat vəsait ayrılıb. Dövlət büdcəsindən ayrılan vəsait Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən, partiyaların təqdim etdiyi sifarişlər əsasında rüblər üzrə siyasi partiyanın bank hesabına köçürülməsi yolu ilə təmin ediləcək. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 17-1-ci maddəsinə əsasən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisndə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür. Bəs görəsən maliyyə vəsaiti alan partiyalar bu maliyyədən necə istifadə edəcək və ayrılmış vəsaiti əsasən hansı istiqamətə sərf edəcəklər?
Ölkədə siyasi partiyalara dövlət tərəfindən maliyyə yardımının ayrılmasını təqdirəlayiq hal hesab edən hakim partiya həmin vəsaiti partiyanın cari xərclərinə sərf etməyi düşünür. Partiyadan bildirilib ki, ayrılan dövlət vəsaiti qanunvericiliyə uyğun şəkildə istifadə ediləcək.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev də deyir ki, partiyaların dövlət tərəfindən maliyyələşməsinə müəyyən qədər dəstək verilməsi islahatçı addımdır və alqışlanmalıdır: “Ancaq ona da narazılığımı bildirirəm ki, bu vəsait olduqca azdır. Parlamentin iclasında da bu məsələyə toxundum. Çox kiçik bir rəqəm ifadə olunur. Ayda təxminən 8 min manat məbləğində bir vəsaitdir. Partiyanın təkcə baş qərargahının, texniki işçilərin saxlanması, icarə haqqı və s. ödənilməsinə belə həmin vəsait kifayət etmir. Hesab edirəm ki, bu vəsait artırılmalıdır. Çünki ölkədə inqilab deyilən bir şeylər varsa, onu küçələrdən beyinlərə köçürməliyik. İnqilab beyinlərdə olmalıdır və müzakirələr parlamentdə aparılmalıdır. Ona görə də ölkədə çoxpartiyalı sistem oturuşmalıdır. İnsanlar öz fikir və münasibətlərini təşkilatlarda ümumiləşdirməli və fikir rəqabəti olmalıdır. Ona da meydan açılmalıdır. Bu meydanda partiyaların normal şəkildə fəaliyyəti üçün şərait yaranmalıdır. Ölkəmizin imkanları var və inkişaf etmiş vəziyyətdəyik. Hesab edirəm ki, bu vəsaiti artırmaq olar”. Millət vəkili deyib ki, bütün halda partiyaya ayrılmış vəsaitlə müəyyən irəliləyişlər etməyə çalışılacaq: “Əgər vəsait çox olardısa rayon təşkilatlarımızın formalaşması üçün müəyyən işlər görə, qarşıdan gələn prezident seçkilərinə hazırlaşa bilərdik. Eyni zamanda parlament seçkilərində bütün dairələrdən nümayəndələrimizin iştirakının təmini ilə bağlı işlər görərdik. Həmçinin özümüzün mətbu orqanımızı təsis edə bilərdik. Əslində iş çoxdur. Ancaq bu vəsaitlə bir az ayaq üstə durmağa çalışacağıq. Zəruri olan texniki işçilərimizin əmək haqqı almasını təmin etmək, qərargahımızın orta vəziyyətdə təminatı üçün işlər görəcəyik. Həmçinin elektron KİV-mizin inkişafı ilə bağlı iş görməyə çalışacağıq. Ayrılan vəsait təbii ki, adını çəkdiyim istiqamətlərə belə bəs etmir. Çalışacağıq ki, bir daha məsələ qaldıraq və may ayında büdcənin dürüstləşməsi ilə bağlı məsələ müzakirə edilərkən bu vəsait artırılsın”. Millət vəkili onu da vurğulayıb ki, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi normaldır və həmişə partiyaların başqa ölkələrdən maliyyələşməsi, müəyyən qrantlarla iş görməsinin əleyhinə olub: “Fikirləşmişəm ki, ölkədə siyasi hakimiyyət uğrunda mübarizə aparan təşkilatlar kənar qüvvələr tərəfindən maliyyələşməməlidir. Çünki onlar öz istəklərini bu qüvvələr vasitəsilə həyata keçirməyə və ölkədə üst düzənə gətirməyə çalışa bilərlər. Əgər ölkəmiz seçim edibsə və artıq bu siyasi mühiti özü formalaşdırmaq istəyirsə vəsaitin miqdarı mütləq artırılmalıdır. Hesab edirəm ki, cənab prezident bizim bu çağırışları nəzərə alacaq”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib ki, ayrılan maliyyə vəsaitinin hansı istiqamətə sərf ediləcəyi hər bir partiyanın seçkili orqanlarında həll olunmalıdır. BAXCP rəsmisinin sözlərinə görə, maliyyə vəsaitinin xərclənməsi ilə bağlı tələb bundani barətdir: “Ona görə də partiyanın İdarə Heyətinin gələn həftə keçiriləcək toplantısında bununla bağlı qərar veriləcək”. Elçin Mirzəbəyli qeyd edib ki, ayrılan vəsait o qədər də çox deyil ki, həmin vəsaiti hara xərcləmək üçün baş sındırmağa ehtiyac olsun: “Hesab edirəm ki, vəsait partiyanin fəaliyyətinə, gündəlik tələbata xərclənəcək”. BAXCP-nin sədr müavini deyir ki, maliyyə vəsaiti partiyanın aparatının saxlanması, texniki işlərin görülməsinə yönəldilə bilər.
Ümid Partiyasının Ali Məclsinin sədri Ənvər Ağazadə deyib ki, ümidçilər “Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklər, eləcə də partiyaların maliyyıləşməsini müsbət dəyərləndirirlər. Ənvər Ağazadə heab edir ki, partiyaların dövlət tərəfindəın maliyyələşməsi çox yaxşı bir haldır: “Ancaq maliyyənin ayrılması, onun bölüşdürülməsi məsələsinə etirazımız olub. Partiya sədri də Milli Məclisin tribunasından mövqeyimizi dilə gətirib. Maliyyə vəsaitinin ayrılması və bölüşdürülməsi prinsipi bizi qane etmir. Hesab edirik ki, bu bərabər prinsiplərlə bölünməyib”. Ümid rəsmisi bildirib ki, təmsil etdiyi partiya ona ayrılan vəsaitdən seçki ilində partiyanın təşkilatlanması, üzvlər arasında maarifləndirmə işlərinin aparılmasında istifadə edəcək: “Ayrılan vəsait nə qədər az olsa da, həmin vəsaitdən cüzi şəkildə də olsa seçkilər zamanı istifadə edəcəyik”.
Süleyman İsmayılbəyli Olaylar qəzeti

Bu xəbər oxucular tərəfindən 1246 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |