Şrift:
Çində səhmlər son həftələrin ən yüksək səviyyəsinə yüksəlib
22.02.2024 [10:42] - Gündəm
Çin fond bazarı səlahiyyətlilərin artan dəstək tədbirləri fonunda bir neçə həftə ərzində ən yüksək səviyyəyə qalxıb.

Fevralın 21-də ticarət zamanı “CSI 300” indeksi 1.35% artaraq 3456.87 bənd təşkil edib. “Bloomberg” qeyd edir ki, bu, ardıcıl yeddinci artım seansıdır. Agentlik bildirir ki, xarici investorlar Honkonqla ticarət əlaqələri vasitəsilə 13 milyard yuan (1.8 milyard dollar) dəyərində Çin səhmlərini alıblar ki, bu da 2023-cü ilin iyulundan bəri ən yüksək göstəricidir. Honkonqda Çin səhmlərini izləyən “Hang Seng” indeksi 2.24% artaraq 5642.78 bəndə çatıb. Bu, yanvarın 4-dən bəri ən yüksək rəqəmdir.

“Bloomberg” yazır ki, Pekinin Çində fond bazarının məhvinə son qoymaq üçün son cəhdlərindən biri kvant fondunda ticarətə qadağa qoyulması olub. Belə fondlar təhlil etmək, investisiya qərarları qəbul etmək və ticarət əməliyyatlarını həyata keçirmək üçün hesablama modellərindən və avtomatlaşdırılmış alqoritmlərdən istifadə edir.

Pekinin birjanı xilas etmək üçün göstərdiyi siyasi səylərin fonunda fevralın 21-də Çin indekslərinin yüksəlməsi investorları ruhlandıra bilər. Agentlik qeyd edir ki, Pekinin tədbirləri son vaxtlar daha qətiyyətli olub və dövlət fondları aktiv şəkildə səhm alır. “Chanson & Co” investisiya bankının direktoru Şen Men bildirib ki, investorlar qarşıdan gələn siyasi görüşlərlə bağlı açıqlamalar gözləyirlər.
Bu xəbər oxucular tərəfindən 243 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed