Şrift:
“Qarabağ” tarixində ilk dəfə 1/8 finala vəsiqə qazanıb
23.02.2024 [10:09] - Xəbərlər, Gündəm, İdman
“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Ağdam təmsilçisi doğma meydanda Portuqaliyanın “Braqa” klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubu 57-ci dəqiqədə meydanda azlıqda qalıb. Elvin Cəfərquliyev ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Hesab isə 70-ci dəqiqədə açılıb. Rocer Fernandes braqalıları önə keçirib. 83-cü dəqiqədə Alvaro Calo ikinci topu Azərbaycan çempionunun qapısından keçirib. Əsas vaxtda başqa qol olmayıb və ümumi hesab bərabərləşib - 4:4. Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. 103-cü dəqiqədə "Qarabağ"ın müdafiəçisi Mateus Silva fərqi minimuma endirib - 1:2. Qonaqlar 115-ci dəqiqədə Simon Banzanın penaltidən vurduğu qolla komandasının üstünlüyünü yenidən artırıb. Matçda son nöqtəni isə 120+2-ci dəqiqədə Nəriman Axundzadə qoyub.

Səfərdəki ilk matçda rəqibinə 4:2 hesabı ilə qalib gələn "Qarabağ" iki görüşün nəticəsinə əsasən tarixində ilk dəfə 1/8 finala vəsiqə əldə edib.
Bu xəbər oxucular tərəfindən 468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed