Şrift:
İngiltərə kubokunda 54 ildən sonra ilk
28.02.2024 [10:17] - İdman
“Mançester Siti”nin futbolçusu Erlinq Haland penta-trikə imza atıb.

Norveçli hücumçu İngiltərə kubokunun 1/8 finalında “Luton”un qapısına 5 qol vurub.

Haland son 1970-ci ildən sonra bunu bacaran ilk futbolçudur. İngiltərə kubokunda sonuncu penta-trik 54 il əvvəl qeydə alınmışdı. Həmin vaxt “Mançester Yunayted”in əfsanəsi Corc Best bir oyunda 5 qola imza atıb.
Qeyd edək ki, “Mançester Siti” “Luton”a 6:2 hesabı ilə qalib gəlib.
Bu xəbər oxucular tərəfindən 431 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed