13.02.2013 [10:50] - Xəbərlər, Borçalı
Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları Zalqa rayonunun Ərzivan Sarvan kənd sakinləri içməli su və işıq problemindən əziyyət çəkir. Belə ki, kəndə gələn su xəttinin 80 faizi gürcüstanlıların yaşadığı qonşu Bareti, qalan 20 faizi isə soydaşlarımızın yaşadığı kəndə verilir ki, bu da içəli su problemi yaradır. Kənd sakinləri deyir ki, içməli su gətirmək üçün 4-5 km yol qət etməli olurlar. Kənd sakini Nazim Maşovun sözlərinə görə, 2012-ci ildə dövlət tərəfindən 130 min ları su ilə əlaqədar olaraq pul ayırdılar: "Bu puldan cəmi çəkilib bir deputatın evinin yanına, bir də kənd sovetinin evinin yanına su çəkildi. Başqa bir yerdən su gəlmir". Qeyd edək ki kəndin təkcə problemi bununla bitmir sakinlər deyir ki 15 gündən artıqdır ki, işıq üzünə həsrət qalıblar. Belə ki, 1957-ci ildə istifadəyə verilən elektirik dirəkləri və naqillər olduqca qəzalı vəziyyətdədi.
Kənd sakini Ədalət Maşovun sözlərinə görə, işıq dirəkləri qəzalı vəziyyətdədir: "Külək əsən kimi işıqlarımız kəsilir. Yağış yağan vaxti işıq elektiriki taxtaya verir ki, bu da uşaqlar üçün təhlükəlidir". Sakinlər deyir ki, hər hansı bir işıq qəzası baş verdikdə, özləri problemi aradan qaldırımağa məcbur olur: "Biz işıq üzünə həsrətik, 60 ildi qurulan işıqlardı. Hələ də bərpa olmayıb".
Problemlə bağlı Zalqa rayon İcra Hakimiyyətinə müraciət etsək də onlardan cavab ala bilmədik. İcra Hakimiyyətindən bildirildi ki köhnə icra hakimi işindən çıxarılıb, yenisi isə hələ təyin olunmayıb. Ona görə də məsələylə bağlı rəsmi qurumdan cavab ala bilmədik.
Aytən İsaqızı

Bu xəbər oxucular tərəfindən 1147 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |