13.02.2013 [11:00] - Xəbərlər, Gündəm
Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyev əmlakı müsadirə edilməklə 24 il həbs cəzasına məhkum edilib,bu barədə qərarı Qırğızıstan Ali Məhkəməsi verib. Eks-prezident bu ölkənin Cinayət Məcəlləsinin 304-cü maddəsi üzrə (hakimiyyətdən sui-istifadə) təqsirli bilinib.K. Bakiyevin qardaşı, Dövlət Mühafizə Xidmətinin sabiq rəhbəri Janış Bakiyev isə ömürlük həbsə məhkum olunub. O, general-leytenant rütbəsindən məhrum edilib.Qeyd edək ki, Bakiyev qardaşları hazırda Qırğızıstanda deyil. Sabiq prezident ailəsi ilə birlikdə Belarusdadır. J. Bakiyevin də Belarusda olduğu bildirilir. Qırğızıstan dəfələrlə Belarusdan K. Bakiyevin ekstradisiyasını tələb etsə də, Belarus hökuməti rədd cavabı verib.
Bu xəbər oxucular tərəfindən 775 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |