Şrift:
İran rialından tarixi ucuzlaşma
05.03.2024 [10:13] - Gündəm
Bu gün İranın milli valyutası rial ABŞ dolları və avro qarşılığında tarixi minimumu yeniləyib.

Bu barədə İran KİV məlumat yayıb.

Bildirilib ki, hazırda İranda qara bazarda 1 ABŞ dollarının qiyməti 603 min rial civarındadır. Halbuki ötən gün 1 ABŞ dolları 595 min rial təşkil edib.

Hazırda ölkənin qara bazarında 1 avronun qiyməti 654 min rial təşkil edir. Ötən gün isə 1 avronun qiyməti 646 min rial olub.

Qeyd edək ki, ABŞ və qərb ölkələrinin İran əleyhinə iqtisadi sanksiyaları, inflyasiya və bir çox digər problemlər ölkədə iqtisadi vəziyyətin gündən-günə mürəkkəbləşdiyini göstərir.

İranda rəsmi dövlət qiyməti ilə elan olunan valyuta ilə sadəcə zəruri məhsulları ölkəyə gətirmək mümkündür. Mərkəzi Bankın elan etdiyi rəsmi məzənnəyə əsasən 1 ABŞ dolları 42 min rial, 1 avro isə 45 619 rialdır.

İranın Mərkəzi Bankının banklara və valyutadəyişmə məntəqələrinə elan etdiyi valyuta kursu SANA sistemi adlanır. Bu sistemə əsasən 1 avronun qiyməti 466 182, 1 dolların qiyməti isə 429 203 rialdır.

İranda iş adamlarının məhsul ixracı ilə əldə etdikləri valyutanın müəyyən hissəsinin ölkə iqtisadiyyatına qaytarılması üzrə satdıqları sistem NIMA adlanır. Bu sistemə əsasən 1 avronun qiyməti 432 989 rial, 1 dolların qiyməti isə 398 643 rialdır.
Bu xəbər oxucular tərəfindən 324 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed