Şrift:
Ermənistan saxlanılan azərbaycanlı hərbçi barəsində cinayət təqibini dayandırıb
05.03.2024 [10:29] - Gündəm
Ermənistan İstintaq Komitəsi azərbaycanlı hərbçi Ruslan Pənahovla bağlı cinayət təqibinə xitam verib.

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Ermənistan tərəfi isə şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib.

Pənahov Ruslan Eldəniz oğlu haqqında Ermənistan İstintaq Komitəsi tərəfindən "təxribata cəhd", "qanunsuz silah-sursat saxlama", "irqi və dini dözümsüzlük zəmnində adam öldürməyə cəhd" maddələri ilə cinayət işi açılıb.
Bu xəbər oxucular tərəfindən 323 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed