Şrift:
Avropa İttifaqı “Apple” şirkətini 1,95 milyard dollar cərimələyib
05.03.2024 [10:48] - Gündəm
Avropa İttifaqı Komissiyası dünyanın texnologiya nəhəngi “Apple” şirkətini antiinhisar qanununu pozduğuna görə 1,95 milyard dollar cərimələyib.

Avrokomissiyanın bəyanatında cəzanın “Apple” şirkətinin “App Store” vasitəsilə “iPhone” və “iPad” istifadəçilərinə musiqi axını proqramlarının paylanmasında dominant bazar mövqeyindən sui-istifadə etdiyinə görə verildiyi bildirilir.

Bəyanatda deyilir ki, “Apple” proqram tərtibatçılarına məhdudiyyətlər tətbiq edərək, istifadəçilərin alternativ və daha ucuz musiqi xidmətləri haqqında məlumatlandırmasına mane olur. Aİ bunun antiinhisar qaydalarına uyğun olmadığını iddia edir.

Komissiyanın araşdırmasına əsasən, şirkətin bu məhdudiyyəti təxminən on ildir davam edir.

“Apple” isə öz növbəsində Aİ-nin istehlakçıların zərərinə dair heç bir inandırıcı dəlil üzə çıxarmadığını və sürətlə böyüyən rəqabətli bazarın reallıqlarına məhəl qoymadığını bildirib. Şirkət Brüsselin qərarından apelyasiyaya şikayəti verməyi planlaşdırır.
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed