13.02.2013 [12:46] - Siyasət
Rusiya Dağıstana hərbi birləşmələr yerləşdirməklə antiterror fəaliyyəti adı ilə Azərbaycana hərbi müdaxiləsini əks etdirən məlumatlar artıq bütün diqqət mərkəzini bu məsələyə yönəldir.
Mövzunu şərh edən politoloq Qabil Hüseynli bildirdi ki, şimal qonşumuzun Dağıstana toplaşmış Şimali Qafqaz hərbi dairəsinin 62-ci ordusu yeni silah növləri və döyüşçü dəstələri ilə təchiz olunur. Bununla Rusiya Azərbaycanla bağlı hərbi planlar hazırlayır. “Dağıstanda kadr dəyişikliyi onu göstərir ki, guya bu bölgədə yaraqlılara, terrorçulara qarşı mübarizə lazımi səviyyədə aparılmır. Xəzər dəniz donanmasında quruya desant çıxarmağa qadir olan “Amfibiya” gəmilərinin sayının çoxaldılması Rusiyanın bölgədə nəyəsə hazırlaşdığının göstəricisidir”.
Siyasi ekspertin fikrincə, Rusiyanın açıq-aşkar Azərbaycanı təhdid edən addımlar atması məsələnin ciddiliyindən irəli gəlir. Eyni zamanda Söyün Sadıqovu da hədəfə alan politoloq bunu Rusiya amili ilə əlaqələndirdi. “Rusiyada yaşayan bir sıra insanlar, o cümlədən Söyün Sadıqov kimi adamların dilindən Azərbaycanda prezident seçkilərinin mürəkkəb olacağı barədə mesajlar səsləndirməsi də bu planın tərkib hissələrindəndir. Bu planların ilkin əlamətləri göz önündədir. “AzərRos”da kadr dəyişikliyi, “Milyarderlər İttifaqı”nın fəaliyyəti haqqında məlumatlar, Dağlıq Qarabağla bağlı Narışkinin bəyanatı Azərbaycanda ciddi narahatlıq doğurur”.
Q. Hüseynli onu da qeyd etdi ki, Rusiya Azərbaycanda qarışıqlıq, xaos yaradaraq bundan öz məqsədləri üçün yararlanmaq istəyir. Abxaziya və Cənubi Osetiya problemlərini xatırladaq şərhçi o zaman Rusiyanın Gürcüstana müdaxiləsi üçün əsas olduğunu dedi. “Gürcüstanın Cənubi Osetiyaya müdaxiləsindən sonra Rusiya Gürcüstana hücuma başladı. O zaman Rusiyanın əlində səbəb var idi. İndi isə Rusiyanın bizimlə əlaqəli planlarında elə bir əsaslı səbəb görünmür. Suveren dövlətimizə qarşı təcavüzkarlıq niyyətlərini həyata keçirməyə çalışmaları dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayacaq. Azərbaycanın geostrateji əhəmiyyəti böyük dövlətlər üçün vacibdir”.
Azərbaycanın bu təzyiqlərin qarşısında hansı addımlar atması ilə bağlı bir neçə təklif verən eks-müşavir hakimiyyəti təcili tədbirlər görməyə çağırdı. “KİV-də yazılan məlumatlar hakimiyyətə yaxın mənbənin ötürdüyü informasiyalara əsaslanır. Bu da Rusiyanın ciddi niyyətləri haqqında hakimiyyətin əsas idarələrində bununla bağlı daha geniş məlumatlar var. Azərbaycan dayanıb seyrçi mövqeyində qalmamalıdır. Dövlətimiz üçün təhlükənin yaranması haqqında geniş kampaniya başlanmalıdır. Hazırlıq işləri aparılmalıdır. Ən başlıcası isə Rusiyanın xoş niyyətdən xəbər verməyən təhlükəli planları BMT Təhlükəsizlik Şurasında Azərbaycanın təşəbbüsü ilə müzakirəyə çıxarılmalıdır”, – deyə o vurğulayıb.
Aqşin Kərimov/Modern.az

Bu xəbər oxucular tərəfindən 943 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |