13.02.2013 [13:16] - Xəbərlər, Siyasət
Akademik Saxarovla birgə vaxtilə həll planı üzərində işləmiş şərqşünas-alimin etirafları
Xocalı soyqırımının, Sumqayıt hadisələrinin ildönümü yaxınlaşdıqca Qarabağ konfliktinin yaranma səbəblərinə, hələ də açıq qalan bəzi taleyüklü suallara bir daha işıq salmaq zərurəti duyulur. Suallardan biri də budur ki, Azərbaycan xalqı onun çiyini arxasından Dağlıq Qarabağla hazırlanan məkrli plandan xəbərdar və buna hazır olubmu?
Vaxtilə konfliktlə bağlı bu və ya başqa dərəcədə işin içində olmuş, o dövrün hadisələrinə təsir eləmiş rəsmi, qeyri-rəsmi şəxslərin açıqlamalarının bu tip suallara müəyyən mənada cavab tapmaqda yardımçı olacağını düşünürük.
Belə şəxslərdən biri də Latviya Universitetinin professoru, şərqşünas alim, 80-cı illərin sonlarında akademik Andrey Saxarovla birgə Qarabağ nizamlanması üzərində işləmiş Leon Tayvansdır. vesti.az saytına müsahibəsində o, bu xüsusda oxuculara maraqlı ola biləcək bir neçə məqama toxunub.
Tayvansın dediyinə görə, 80-cı illərin axırlarında münaqişənin nizamlanması ilə məşğul olmaq üçün bir neçə qrup fəaliyyət göstərib: “Mən SSRİ Elmlər Akademiyasında çalışan şəxs kimi akademik Andrey Sxarovun rəhbərlik elədiyi qrupa daxil idim. Ancaq Saxarovun özü konfliktin həlli üzrə layihələr hazırlayan qrupun hərəkətvericisi deyildi. Qrupun ”motoru" isə Qalina Starovoytova idi (1998-ci ildə sui-qəsd nəticəsində öldürülüb - Z.S.). Bəli, Starovoytova ermənipərəst mövqe tuturdu. Lakin politoloq yox, etnoqraf olduğu üçün o, mənim həmkarım, tarixçi-şərqşünas Andrey Borisoviç Zubova və tarix elmləri doktoru, artıq dünyasını dəyişmiş Aleksey Salminə müraciət edərək, onlardan nizamlama layihəsi hazırlamağı xahiş eləmişdi. Məhz Zubov və Salmin də bizim qrup üçün belə bir layihə hazırlamışdı".
Şərqşünasın sözlərinə görə, bu, maraqlı, eyni zamanda mübahisəli bir proje olub: “Onun mahiyyətini Azərbaycanda erməni əhalisinin, Ermənistanda isə azərbaycanlı əhalinin üstünlük təşkil elədiyi rayonlarında referendum keçirilməsi ideyası təşkil edirdi. Referenduma çıxarılacaq sual isə belə idi: sizin rayon (ayrı hallarda selsovet) digər respublikanın tərkibinə keçməlidirmi, yoxsa indiki respublikanın hüdudları daxilində qalmalıdır? Nəzərdə tutulmuşdu ki, təxminən bərabər ərazilər təxminən bərabər sayda əhali ilə Azərbaycandan Ermənistana, Ermənistandan da Azərbaycana keçsin. O halda həmçinin, Şuşa və Şaumyan (indiki Gülüstan - Z.S.) rayonları istisna olmaqla Dağlıq Qarabağın da bütünlüklə Ermənistana verilməsi planlaşdırılırdı”.
Tayvansin sözlərinə görə, qrupun təmsilçiləri Azərbaycan və Ermənistan rəhbərlərini planla tanış eləmək üçün iki dəfə Bakıda və İrəvanda olublar: “Ancaq yekunda bu layihəni reallaşdırmaq mümkün olmadı, çünki hər iki respublikada layihə sərt etirazlarla qarşılandı”.
Qeyd edək ki, münaqişənin ilk günlərindən arvadı erməni olan akademik Saxarovun məsələdə ermənipərəst mövqe tutması ilə bağlı rəylər mövcud olub. Bununla bağlı alim deyib: “Bəli, Saxarov da ümumən ermənipərəst mövqe tuturdu. Haqqında danışdığım layihə də ermənilərə rəğbəti olan Starovoytovanın rəhbərliyi altında hazırlanmışdı. Starovoytova Saxarovla uzun müddət idi ki, təmas saxlayırdı. Bununla belə, Saxarov müstəqil adam idi və sonralar Qarabağ məsələsində daha ölçülü-biçili mövqe tutmağa başladı. Lakin mən onun konkret olaraq Azərbaycanın tərəfində durduğunu söyləyə bilmərəm, çünki sonralar Latviyaya getdim və Qarabağ ixtilafının həllini nəzərdə tutan layihə üzərində iş mənim fiziki iştirakım olmadan davam etdirildi”.
“Bəs niyə SSRİ-nin o zamankı başçısı Mixail Qorbaçov Qarabağ ermənilərinin separatçı cəhdlərinin kökünü nəinki kəsmədi, hətta müəyyən dərəcədə ermənilərin dərdinə şərik çıxdı, axı separatizmi bələyindəcə boğsaydı, erməni-Azərbaycan konfliktindən qaçmaq olardı” sualını Tayvans belə cavablandırıb: “Mənim fikrimcə, Qorbaçov böyük ağlın yiyəsi, Atatürk kimi gələcəyə baxmağı bacaran siyasətçilərdən deyildi. O, hadisələrin quyruğunda vurnuxurdu. Yada salın, SSRİ praktik olaraq dağılmaq üzrə olanda Qorbaçov yeni İttifaq Müqaviləsinin layihəsi üzərində işləməyə başlamışdı. Dağlıq Qarabağ ətrafında vəziyyətə yanaşma da eynən belə idi - məsələdə o, gözləmə mövqeyi tutaraq problemin həllini Azərbaycanla Ermənistanın öhdəsinə buraxmışdı...”
Şərqşünas-alimin açıqlamaları Qarabağ konfliktinin ilk illərində problemin ərazi mübadiləsi modeli üzrə həll variantının da gündəmdə olduğunu təsdiqləyir. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı əsassız iddialarının geniş miqyas almasında və güclənməsində SSRİ-nin o zamankı rəhbərliyinin ədalətsiz, ermənipərəst mövqeyini və təəssübünün mühüm rol oynadığını ortaya qoyur.
Fərhad MƏMMƏDOV

Bu xəbər oxucular tərəfindən 951 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |