Şrift:
Azərbaycanla sərhəddin açılacağına ümid edirik - Gürcüstan XİN başçısı
12.03.2024 [10:44] - Gündəm, Siyasət
Azərbaycanın Gürcüstanla quru sərhədlərinin açılması qonşu ölkədən gələn turistlərin sayının artmasına imkan verəcək.

Bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ölkənin Birinci kanalının efirində deyib.

Onun sözlərinə görə, Gürcüstan Azərbaycanla quru sərhədlərinin tam açılmasının tərəfdarıdır. Belə ki, bu Gürcüstana çox sayda turist axınına səbəb olacaq.

Gürcü nazir Azərbaycanın sərhədləri bağlamaq üçün bir sıra əsaslarının olduğunu vurğulayıb.

"Bilirik ki, səbəblərdən biri koronavirus idi və sərhədlər təhlükəsizliklə əlaqədar olaraq bağlanmışdı. Daha sonra regionda bütünlükdə təhlükəsizliklə bağlı hadisələr inkişaf etdi, bu səbəbdən Azərbaycanın mövqeyini, niyə bu cür qərar verdiyini deyə bilmərəm", - Darçiaşvili deyib.

Xatırladaq ki, martın 11-də Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Müvafiq qərar baş nazir Əli Əsədov tərəfindən imzalanıb.

Qərarda qeyd edilib ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 iyul saat 06:00-dək uzadılsın.
Bu xəbər oxucular tərəfindən 549 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed