Şrift:
İran Rusiyaya raket tədarük edəcəyi təqdirdə sanksiyalara məruz qala bilər
13.03.2024 [10:11] - Gündəm, Siyasət
İran Rusiyaya raket tədarük edəcəyi təqdirdə Avropa İttifaqı (Aİ) tərəfindən sanksiyalara məruz qala bilər.

Bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Lyayen deyib.

Onun çıxışının mətni Avropa Komissiyasının saytında yerləşdirilib.

"İran Rusiyaya ballistik raketlər tədarük edəcəyi təqdirdə, əlavə sanksiyalarla cavab verməyə hazırıq", - Avropa Komissiyasının prezidenti deyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller də İran Rusiyaya ballistik raketlər satacağı təqdirdə, Vaşinqton və müttəfiqlərinin sərt tədbirlər görəcəyini deyib.
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed