13.03.2024 [10:18] - Türk dünyası-Turan
Son illərdə Avrasiya bölgəsində geosiyasi dəyişikliklər, dünyanın yeni enerji siyasətinə uyğunlaşmaq zərurəti ölkələri yeni addımlar atmağa təşviq edir. Bir tərəfdən yeni nəsil enerjiyə keçid layihələri müzakirə olunsa da, digər tərəfdən dünyanın çox böyük bir qismi enerji tələbatını təbii qaz vasitəsi ilə ödəməyə davam edir. Məhz bu səbəbdən qaz layihələri, xüsusən də yeni geosiyasi reallığa uyğun anlaşmalar aktuallığını qoruyub saxlayır.
2022-ci ildə Rusiya Prezidenti Vladimir Putin Türkiyədə qaz habının (qovşaq) yaradılması təklifi ilə çıxış edib. Təklifi müsbət qarşılayan Türkiyə tərəfi 2023-cü ildə qanunvericilikdə qaz habının fəaliyyəti üçün zəruri dəyişikliklər etməyə başlayıb, yay aylarında isə Rusiya tərəfindən hab layihəsinə dair yol xəritəsi Türkiyəyə təqdim edilib. Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra qələbə nitqində layihəyə maraq göstərdiklərini bir daha ifadə edib. Qeyd edək ki, Türkiyə təbii qaz ehtiyaclarını əsasən Rusiya və Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan idxal etdiyi qaz hesabına ödəyir. Zəngin resurslara malik Rusiya bu layihəni təqdim etməklə qaz habında əsas təchizatçı və enerji bazarlarında söz sahibi rolunu qoruyub saxlamaq istəyir. Türkiyə Respublikası bu layihə çərçivəsində Rusiya ilə paralel Azərbaycandan və İrandan da qaz idxal edə bilər. Belə ki, rəsmi Ankaranın Tengiz-Ankara boru xətti ilə İrandan 10 milyard kubmetr qaz almaq imkanı var. Digər tərəfdən qeyd etmək vacibdir ki, Türkiyə regional qaz habının formalaşması baxımından mühüm üstünlüklərə sahibdir: ölkədə iritutumlu yeraltı qaz anbarları, iki maye qaz terminalı, əsas qaz mənbələrindən qazın nəql edilməsi üçün hazır infrastruktur – boru xətləri bütün bunlar mövcuddur.
Türkiyə qaz şəbəkəsi
Əsas maraqlı məqamlardan biri isə gələcəkdə Türkmənistandan çıxarılacaq qazın Türkiyə üzərindən ixracının tamamilə real olması ilə bağlıdır. Türkmənistan dünyada təbii qaz rezervlərinə görə Qətər, İran və Rusiyadan sonra dördüncü yerdədir. Bu günlərdə Türkmənistan Xalq Şurasının Sədri Qurbanqulu Berdiməhəmmədov Antalya Diplomatiya Forumunda Türkmənistanın Türk Dövlətləri Təşkilatına üzv olmağa hazırlaşdığını, türk dövlətləri ilə münasibətlərin bütün sferalarda daha da yaxınlaşacağını bildirib. Heç şübhəsiz ki, qaz layihələri də belə sahələrdən biridir.
Türkmənistan qazının əsas alıcısı Çin olsa da, zəngin resursları onu həm bölgə, həm də qaza ciddi ehtiyacı olan Avropa üçün mühüm ölkəyə çevirir. Türkmənistan həm də Əfqanıstan, Pakistan və Hindistanla birgə TAPİ qaz kəməri layihəsinin iştirakçısıdır ancaq hələ ki, onun da reallaşması gecikir. Mərkəzi Asiya resurslarının (xüsusən də Türkmənistan qazının) Avropaya çatdırılması üçün Transxəzər qaz kəməri ideyası hələ 1997-ci ildə irəli sürülmüş, lakin təəssüf ki, uzun illər müzakirə mərhələsindən o yana keçə bilməmişdir.
Türkmənistan qaz şəbəkəsi
Son illərin yeni geosiyasi reallıqları yeni layihələri də vacib edir. Məhz buna görə də təbii qaz ehtiyatlarının Avropaya ötürülməsi üçün yeni qaz qovşağında Türkmənistanın hansı yolu seçəcəyi vacib məqamlardan biridir. Burada iki əsas istiqamət mövcuddur: birincisi Qərb, ikincisi isə Şərqlə bağlıdır. Türkmənistan ya Türkiyə və Azərbaycanla eyni qaz qovşağına qoşulacaq və bununla da Avropa, yəni Qərb vektorunu seçəcək, yaxud da Rusiya və İranla qaz qovşağında birgə yer alaraq Şərq vektorunu seçəcək. Mühüm strateji nöqtədə yerləşən Azərbaycan İran və Rusiya ilə birgə qaz qovşağında da iştirakçı olacaq. 2022-ci ilin aprelindən başlayaraq Azərbaycan Türkmənistandan təbii qaz idxal edir. Bu Azərbaycan, Türkmənistan və İran liderlərinin 2021-ci ilin sonundakı “svop” anlaşmasından sonra baş verib. Müqaviləyə uyğun olaraq Türkmənistan qazı İranın şimal-şərqində İrana idxal olunur, əvəzində isə şimal-qərbdə həmin miqdarda qaz Azərbaycana ötürülür. İran tərəfinin açıqlamasına görə, 2024-cü ilin əvvəlindən “svop” anlaşmaya uyğun olaraq qaz tədarükü müvəqqəti olaraq dayanıb ancaq hal-hazırda Azərbaycan və Türkmənistan arasında qaz tədarükünün yeni tariflər əsasında bərpası üçün danışıqlar aparılır.
2023-cü ilin sonunda Türkmənistan Mərkəzi Asiya və Cənubi Qafqazı Türkiyə vasitəsilə Avropaya bağlayacaq təbii qaz infrastruktur layihəsinə başlamağa hazır olduğunu bəyan edib. 2024-cü ilin mart ayının 5-də Antalya Diplomatiya Forumunda Türkmənistanla Türkiyə arasında qaz sektorunda əməkdaşlıq haqqında müqavilə imzalandı. Müqaviləyə əsasən Türkmənistan qazı Türkiyədən keçməklə Avropaya nəql olunacaq. Təbii qazın Avropaya ötürülməsi üçün üç əsas variant mövcuddur: bunlardan birincisi svop üsulu ilə qazın İran vasitəsilə Türkiyəyə nəqlidir. İkinci variant İran və Azərbaycan üzərindən mübadilə yolu ilə qazın Türkiyəyə ötürülməsini, üçüncüsü isə Türkmənistan qazının Xəzər dənizindən keçən boru kəməri vasitəsilə Türkiyəyə tədarükünü nəzərdə tutur.
Beləliklə, hal-hazırkı mənzərə onu deməyə əsas verir ki, zəngin qaz rezervlərinə malik olan Mərkəzi Asiya, xüsusən Türkmənistanın qaz siyasətini daha çox şaxələndirmək üçün hansı istiqaməti seçməyindən asılı olmayaraq Türk Dövlətləri Təşkilatının üzvləri Avrasiyanın enerji təminatı məsələsində kilid rola sahib olacaqdır.

Bu xəbər oxucular tərəfindən 1320 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |