Şrift:
Putin Rusiyada prezident seçkilərində 87,34% səslə qalib gəlir
18.03.2024 [10:28] - Xəbərlər, Gündəm, Siyasət
Rusiyanın hazırkı prezidenti Vladimir Putin prezident seçkilərində protokolların 98 faizdən çoxu hesablandıqdan sonra seçicilərin 87,34 faizinin dəstəyini qazanaraq qalib gəlir.

Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası xəbər verib.

Məlumata əsasən, ikinci yerdə 4,3 faiz səslə Kommunist Partiyası fraksiyasından Dövlət Dumasının deputatı Nikolay Xaritonovdur. Dövlət Dumasının vitse-spikeri, Yeni Xalq Partiyasının üzvü Vladislav Davankov 3,8 faiz səslə üçüncü yeri tutur. Rusiya Liberl Demokrat Partiyasının (LDPR) rəhbəri Leonid Slutski seçicilərin 3,17 faiz dəstəyini alaraq dördüncü yerdədir.

Rusiya MSK-nın saytında dərc edilən məlumata görə, protokolların 98 faizdən çoxu hesablandıqdan sonra 72 414 981 seçici Vladimir Putinə, 3 565 510 nəfər Nikolay Xaritonova, 3 152 923 nəfər Vladislav Davankova və Leonid Slutski üçün 2 629 504 nəfər səs verib.
Bu xəbər oxucular tərəfindən 854 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed