Şrift:
Müəllif hüquqlarının pozulmasına görə cəzalar sərtləşdiriləcək
14.02.2013 [11:08] - Gündəm, Hüquq
Azərbaycanda əqli mülkiyyət məhsullarına vurulmuş nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışına görə cərimələr artırılacaq, cəzalar isə bir az da sərtləşdiriləcək. Belə ki, müəllif hüquqlarını pozan fiziki şəxslər 1000, vəzifəli şəxslər 2000, hüquqi şəxslər isə 3000 manat məbləğində cərimə olunacaq. Bu dəyişikliklərlə yanaşı əqli mülkiyyət sahiblərinin hüquqlarının qorunması üçün yeni sistem də hazırlanır.
Bu xəbər oxucular tərəfindən 1014 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed