Şrift:
Türkiyə XİN Belçikada türklərə qarşı törədilən təxribatlarla bağlı açıqlama yayıb
27.03.2024 [10:20] - Türk dünyası-Turan
PKK terror qruplaşmasının tərəfdarlarının Belçikada etnik türklərə qarşı son hücumları təşkilatın Qərbi Avropada “ictimai nizam və ictimai təhlükəsizlik” üçün yaratdığı təhlükəni nümayış etdirir.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi xəbər verib.

Nazirliл bildirib ki, martın 24-də terror təşkilatının tərəfdarları Leven şəhərində toplaşaraq, daha sonra Hoysden-Zolder və Hautalen şəhərlərində türk əsilli sakinlərə hücum ediblər. Təxribatlar nəticəsində insan tələfatı olmasa da, türk icmasının bəzi üzvləri yaralanıb.

Qeyd olunub ki, baş verən hadisələrlə bağlı Brüsseldə Belçikanın hakimiyyət orqanları ilə əlaqələr qurulub. Türkiyənin xarici işlər naziri Hakan Fidan belçikalı həmkarı Hadja Labib ilə vəziyyəti müzakirə etmək üçün telefon danışığı aparıb. Türkiyənin Belçikadakı diplomatik nümayəndələri hadisələrin baş verdiyi şəhərlərdə türk diasporunun üzvləri ilə görüşüb.

Bildirilib ki, Belçikada yaşayan türklərin ağıllı davranışı və Belçika hüquq-mühafizə orqanlarının səmərəli fəaliyyəti sayəsində insidentlərin böyüməsinin qarşısı alınıb.
Bu xəbər oxucular tərəfindən 1307 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed