14.02.2013 [11:34] - İqtisadiyyat
Avropa Birliyindən Azərbaycana idxal edilən malların qiymətinin artacağı proqnozlaşdırılır
Avropada hökm sürən iqtisadi böhran fonunda avronun məzənnəsinin yüksəlməsi müşahidə olunur. Bəs avronun bahalaşması Azərbaycan iqtisadiyyatında hansı dəyişikliklərə səbəb ola bilər? Avronun ABŞ dollarına nisbətdə yüksəlməsi fonunda manatla müqayisədə də məzənnədə artım var. Əgər ötən ilin sonlarında 1 avro 98 qəpik idisə , hazırda 1 avro 1 manat 5 qəpikdir.
Mütəxəssislər hesab edirlər ki, bu, iqtisadi cəhətdən müsbət təsirə malik olmasa da, avro ilə saxlanılan rezervlərin məbləğinin artması baxımından xeyrlidir.
Ekspert Vüqar Bayramov hesab edir ki, avronun məzənnəsinin möhkəmlənməsi AB-dən Azərbaycana idxal edilən məhsulların qiymətinin artmasına gətirib çıxaracaq, ancaq avro ilə saxlanılan rezervlərin dəyərini artıracaq.
Proqnozlara əsasən fevral ayı ərzində Avropa Mərkəzi Bankı süni metodlarla avronun məzənnəsinin möhkəmlənməsinin qarşısını alacaq və stabilləşməsinə çalışacaq.

Bu xəbər oxucular tərəfindən 901 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |