29.03.2024 [09:59] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Martın 25-də yayılan rəsmi məlumatlarda göstərilir ki, Bəhruz Əsgərov adlı şəxs Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun və ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşının həyatına sui-qəsd etmək məqsədi ilə planlar qurub.
Amma görülən çevik tədbirlər sayəsində sui-qəsdi həyata keçirə bilməyib və həbs olunub.
Bildirilir ki, bu terroru planlaşdıran şəxslərin məqsədi Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin 2018-ci ildə güllələnməsi hadisəsinə görə ömürlük azadlıqdan məhrum edilən Yunus Səfərovun qisasını almaq olub.
Diqqət çəkən nədir? Yunus Səfərov da Rusiyadan gəlib bu cinayəti törətmişdi, bu adam da Rusiyada yaşayır. Azərbaycanla bağlı olan dini radikalizim meyllərində niyə Rusiya amili üzə çıxır? Ola bilərmi ki, bunu təşkil edənlər Rusiya -Azərbaycan münasibətlərini korlamaq istəyir?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycana münasibətdə Rusiya ilə İran hər zaman birgə hərəkət edib: “Bütün hallarda, bütün vaxtlarda bu belə olub. Azərbaycanı 1828 - ci ildə böləndən bugünə qədər eyni məqsədli, ortaq davranışın şahidi olmuşuq. Kimin əlindən nə gəlibsə, onu da edib. Sadəcə olaraq, dini zəmində və dini müstəvidə görülən işlərdə İran daha çox fəallıq edib. Çünki orda islam dininə itaət edənlər daha çoxdur. Ona görə də, Azərbaycana bu müstəvidə təsir imkanları daha genişdir. Amma istənilən formada Azərbaycanın müharibəyə cəlb olunmasında, Azərbaycanda süni Qarabağ probleminin yaranmasında Rusiya da İrandan geri qalmayıb. Bütün məsələlərdə razılaşmaları var. Yunus Səfərova gəldikdə isə, onun Rusiya vətəndaşı olduğu doğrudur. Ancaq 2016 - cı ildə Yunus Səfərov İrana gedib, Qum şəhərində 8 ay qaldı. Sonra Suriya ərazisində, İranın təsirində olan kamplarda hərbi təlimlər keçib. Daha sonra isə Azərbaycanda cinayət törətmişdi. Hətta onun xanımı da belə bir ifadə işlətmişdi ki, Yunus Səfərov İmam Hüseyn qisası alıb. Bir Rusiya vətəndaşının İranda təlimatlanıb, gəlib burda belə hadisə törətməsi onu göstərir ki, Rusiya və İran ortaq davranırlar, hansı münbit şəraitdə, hansı ölkə daha çox önə çıxarsa, onu da qabağa verirlər. Qarabağ məsələsində Rusiya önə çıxmışdı, hətta açıq şəkildə 366 - cı alay Xocalıda erməni ilə birlikdə Azərbaycana qarşı soyqırım etmişdi. Sonrakı məqamlarda, yardımlaşmada İran ərazisindən Rusiyaya silah - sürsat göndərilirdi. Bütün məqamlarda ortaq davranırdılar. Radikalizmin yaranması Azərbaycana qarşı qoyulan cərəyandır. Azərbaycanı sarsıtmaq üçün bu aspektdən olan bir yanaşma ilə İranı önə çıxarırlar. Başqa bir məsələ də var ki, İran ərazisindən narkotiklərin bura daşınması daha rahatdır. Ona görə də mən ümumiləşdirib deyə bilərəm ki, bu terror aktlarını təşkil etmək Rusiya-Azərbaycan münasibətlərini korlamaq istəyən bir mərkəzin işi deyil. Sadəcə olaraq, Rusiya ilə İran ortaq davranır. Bunu belə də qəbul etmək lazımdır. Bu mənim gəldiyim yekun qənaətdir”.
Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Bu xəbər oxucular tərəfindən 772 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |