02.11.2011 [16:20] - Gündəm
“Səfər zamanı cəbhə xəttindəki vəziyyəti birbaşa görüb, cəbhə xəttinə yaxın yaşayan insanların üzləşdiyi məhdudiyyətləri və çətinlikləri hiss etdik”
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi AB ölkələri səfirlərinin Füzuli rayonuna səfəri ilə bağlı rəsmi açıqlama yayıb. Nümayəndəliyin rəhbəri Roland Kobia adından göndərilən açıqlamada deyilir:
“Səfirlərin Azərbaycanın regionlarına səfər etmək təşəbbüsünün bir hissəsi olaraq cari ilin 31 oktyabr və 01 noyabr tarixlərində Avstriya, Belçika, Bolqarısan, Çex Respublikası, Finlandiya, Almaniya, Yunanıstan, İtaliya, Latviya, Litva, Polşa, Birləşmiş Krallıq və Avropa Birliyi nümayəndəliyinin səfirləri, təmsilçiləri Füzuliyə rəsmi səfər ediblər. Səfər zamanı səfirlərin cəbhə xəttindəki vəziyyətlə tanışlıq, regionda yaşayan sakinlər və məcburi köçkünlərlə görüşüb, onların problemlərini müzakirə etmək imkanı olub. Səfər zamanı cəbhə xəttindəki cari vəziyyəti birbaşa görüb, cəbhə xəttinə yaxın yaşayan insanların üzləşdiyi məhdudiyyətləri və çətinlikləri hiss etdik. Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll olunmasında AB-nin maraqlı olduğunu, sülh bərqərar olduqdan sonra münaqişədən zərər çəkmiş ərazilərin bərpasına, tərəflər arasında etimadın qurulmasına və onun qorunmasına AB-nin yardım göstərməyə hazır olduğunu biz bu səfərlə bir daha vurğuladıq”.
Səfirlər Füzuli rayon İcra Hakimiyyətinin başçısı, rayon sakinləri, məcburi köçkünlər, QHT-lər və özəl sahibkarlarla görüşlər keçiriblər.

Bu xəbər oxucular tərəfindən 1174 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |