Şrift:
Bu ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək
29.03.2024 [10:04] - Gündəm, Siyasət
Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Bu barədə xarici KİV-ə istinadən xəbər veririk.

Qeyd olunub ki, növbədənkənar seçkilərin keçirilməsi Bolqarıstanın 49-cu Xalq Məclisinin fəaliyyəti çərçivəsində yeni hökumət formalaşdırmaq imkanlarının bitməsi ilə bağlıdır. Belə ki, Bolqarıstan prezidenti Rumen Radev "Belə xalq var" partiyasının nümayəndələrinə yeni hökuməti formalaşdırmaq üçün üçüncü yekun mandatı versə də, partiya nümayəndələri mandatı icra etmədən onu dərhal dövlət başçısına qaytarıblar.

Partiya nümayəndəsi İvaylo Vılçev partiyanın adından etimadına görə prezidentə təşəkkürünü bildirib və konstitusiyaya olunan lazımsız düzəlişlərin prezidenti necə çətin vəziyyətə saldığını anladıqlarını deyib.

"Şadıq ki, hakimiyyət uğrunda doqquz aylıq çəkişmə başa çatıb, seçkilərə getmək lazımdır" - o deyib.

Rumen Radev öz növbəsində baş nazir postuna potensial namizədlərlə dərhal görüşlər keçirəcəyini bildirib.

"Bu hadisələrlə əlaqədar olaraq, yoğun beynəlxalq proqramımı təxirə saldım, texniki hökumətin formalaşması prosesinin sürətlənməsi üçün lazım olan hər şeyi edəcəyəm", - Radev qeyd edib.
Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed