Şrift:
Şimali Koreya bu il bir neçə kəşfiyyat peyki buraxmaq niyyətindədir
01.04.2024 [11:15] - Gündəm
Şimali Koreya kosmik texnologiyanın inkişafı üçün səylərini davam etdirmək niyyətindədir və bu il bir neçə kəşfiyyat peykini buraxmağı planlaşdırır.

Bunu ölkənin Dövlət Kosmik Administrasiyasının direktor müavini Park Kyunq-su deyib.

“Keçən il “Mulliqan-1” kəşfiyyat peykinin uğurla buraxılması ölkənin müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub və bu il daha bir neçə peykin orbitə buraxılması gözlənilir”, - deyə direktor müavini qeyd edib.

Onun sözlərinə görə, kosmik sənayenin inkişafı Şimali Koreya üçün çox vacibdir, çünki bu, qüdrətli dövlət yaratmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Bu xəbər oxucular tərəfindən 4381 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed