14.02.2013 [12:21] - Gündəm, Siyasət
“Əzabkeş erməni” obrazını yaratmaq istəyən “azərbaycanlı”ların bu dəhşətlərdən xəbəri varmı?
Qarabağ müharibəsinin başlanmasından 25 il keçdi. 1988-ci il fevralın 13-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olan Xankəndi şəhərinin Lenin meydanında ermənilərin ilk mitinqi keçirildi. Həmin mitinqdə ermənilər separat addımlarını rəsmiləşdirdilər. Azərbaycandan ayrıldıqlarını bəyan etdilər. Fevralın 20-də isə Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi bu ərazinin Ermənistanın tabeçiliyinə keçməsi tələbi ilə Azərbaycan rəhbərliyinə rəsmi müraciət göndərdi.
Bunun ardınca silahlı basqınlar və qarşıdurmalar təşkil edildi. Az sonra-fevralın 22-də erməni silahlıları Dağlıq Qarabağın Əsgəran şəhərində dinc aksiya keçirən Azərbaycan türklərini gülləbaran etdilər, 2 nəfər gənc öldürüldü, 19 nəfər yaralandı. Bu qanlı hadisələr Ermənistanın birbaşa təşkili ilə həyata keçirilirdi.
Ermənilərin 1988-ci ilin 13 fevralından başladığı separatçılıq getdikcə qanlı müharibəyə çevrildi.
Nəticədə 20 mindən yuxarı Azərbaycan vətəndaşı qətlə yetirildi. 50 minə yaxın insan yaralandı, sağlamlığını itirdi. Azərbaycanın Dağlıq Qarabağ ərazisi ilə yanaşı, daha 7 rayonu ermənilər tərəfindən işğal edildi.
Azərbaycanın ölçüyəgəlməz itkilərə məruz qalmasına baxmayaraq təəssüf ki, içimizdə ermənilərin əzabkeş, azərbaycanlılar tərəfindən əzilən xalq olduğunu düşünən, dilə gətirən və yazan şəxslər peyda olmağa başlayıb. Bu sırada yazıçı Əkrəm Əylisli “Daş yuxular” romanı ilə öndə getsə də onunla həmfikir olanlar da ortaya çıxmağa cürət edirlər. Belələri sanki son 25 ildə Azərbaycanda yaşamayıblar və ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri vandalizmi görməyiblər, bu barədə eşitməyiblər. Erməni təəssübkeşliyi xəstəliyinə düçar olmuş şəxslərə ermənilərin Qarabağ müharibəsi dövründə Azərbaycan xalqına, mülki şəxslərə tutduqları divanı sübut edən bir sıra faktları xatırlatmaq zərurəti yaranıb. Bəlkə bəzilərinin vicdanları oyana və erməni təəssübkeşliyi xəstəliyindən xilas ola. Ermənilərin deyil, azərbaycanlıların vəhşi obrazını yaratmaq istəyən adamlar aşağıdakı faktlara diqqət yetirib görsünlər kim əsl vəhşidir.
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının məlumatlarına əsasən, 1988-2003-cü illərdə 1335 Azərbaycan vətəndaşı erməni əsirliyindən azad edilib. Əsirlikdən qayıtmış vətəndaşlar arasında şikəstlik, mənəvi iztirabların təsirindən ruhi xəstəlik, saxlanma şəraitinin elementar tələblərə cavab verməməsi səbəbindən vərəm və s. xəstəliklər qeydə alınıb. Bir sözlə, erməni əsir və girovluğu bu şəxslərin səhhətində, psixikasında ömürlük iz qoyub.
Komissiyadakı materiallar sübut edir ki, yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub. Əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilib-onlar vəhşicəsinə döyülüb, qəsdən şikəst vəziyyətinə salınıb, sinələrinə qızdırılmış xaç nişanları və damğa basılıb, dırnaqları və dişləri çıxarılıb, yaralarına duz basılıb, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülüb, damarlarına benzin yeridilib, bədən hissələri kəsilib özlərinə yedirilib, üzərlərində tibbi eksperiment aparılıb.
Hüseynova Mehriban Allahverdi qızı: Xocalı şəhərinin işğalı zamanı 3 azyaşlı uşağı ilə birlikdə girov götürülüb. Əsirlikdən azad edilmiş Məmmədov Mayıl Məhəmmədəli oğlunun ifadəsinə görə, o, Mehribanı uşaqları ilə birlikdə İrəvan şəhərində istintaq təcridxanasında işgəncə verilən zaman görüb. Lakin sonradan Şuşa şəhərinə aparılan Mayılın onlardan heç bir xəbəri olmayıb. Erməni tərəfi Mehriban və onun uşaqlarının girov götürüldüyünü danmaqda, onların sonrakı taleyinə dair faktları bu günədək gizlətməkdədir.
Hüseynova Tamara Saleh qızı: 26.07.1992-ci il tarixdə Tovuz rayonunun Əlibəyli kəndində ermənilər tərəfindən girov götürülüb. Qardaşı Akif Hüseynovun bacısının axtarışı ilə əlaqədar bir neçə dəfə erməni tərəfi ilə apardığı danışıqlar zamanı Tamara Hüseynovanın Berd rayonunun Paravakar kəndində, itkin düşmüş Alaverdiyan Mqerin ailəsində saxlanıldığı bildirilib. 06.11.1992-ci il tarixdə erməni tərəfindən Alaverdiyan Şamir Alekseyeviç adlı şəxs Akif Hüseynova teleqram vuraraq bacısı Tamaranın girov saxlanıldığını təsdiq edib. Tamara Hüseynovanın ermənilər tərəfindən girov götürülməsi Əsir və girovların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə beynəlxalq işçi qrupu tərəfindən də təsdiqlənib. Lakin Tamara Hüseynovanın da girovluqdakı sonrakı taleyi bu günədək naməlumdur.
Rəhimov Rəhim Əbdülkərim oğlu: 24.06.1993-cü il tarixdə Ağdərə rayonunda əsir götürülüb. 16.07.1993-cü ildə Rusiyadan ailəsinə vurulmuş teleqramda R.Rəhimovun Ağdərə rayonunun Vaqauz kəndində Ağacanyan Qrelin evində saxlanıldığı bildirilib. 1993-cü ildə ailəsi R.Rəhimovdan BQXK vasitəsilə məktub alıb. Bu məktubda R.Rəhimov itkin düşmüş Ağacanyan Joranın tapılıb onunla dəyişdirilməsini xahiş edib. Erməni tərəfi R.Rəhimovun da sonrakı taleyi ilə bağlı faktları bu günədək gizlətməkdədir. Girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin (24.07.1993) bazu sümüyü Xankəndində erməni həkimləri tərəfindən çıxarılıb, nəticədə Şövqi ömürlük şikəst olub.
Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.1993) Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni həkimi Aida Serobyan naməlum tərkibli iynələr vurub. Nəticədə Arzu Hacıyev ömürlük şikəst olub. A.Hacıyev 2003-cü ilin may ayında 10 yaşında vəfat edib.
Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri qarşısında atasına dəhşətli işgəncələr verib, onun qulaqlarını kəsib, anası hədə və şantajlara dözməyərək dəli olub, qızın özünü isə 4 min rus rubluna ailəsinə satıblar.
Erməni hərbçiləri Ağdam rayonundan girov götürülmüş Kəklik Həsənovaya dəhşətli işgəncələr verib, mismar kəlbətini ilə 16 dişini çıxarıblar.
Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülən yaşlı qadın Şərqiyyə Rza qızı Şirinovanın 8 qızıl dişi mismar kəlbətini ilə çəkilib. O, altı ay davamlı işgəncələrə məruz qalıb.
Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1993-cü ildə Ağdam rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davıdovanın və ahıl yaşlı bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər tərəfindən vəhşicəsinə öldürülüb yandırıldığını, Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyiti gördüyünü bildirir. Bundan əlavə, Vladimir Şevelyov şahidlik edir ki, ermənilər Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada saxlanan 7 ruhi xəstəni, o cümlədən iki xəstə qadını girov götürüblər və amansız işgəncə veriblər.
1930-cu il təvəllüdlü Ağdam rayon sakini Əli Rəsul oğlu Abbasov erməni girovluğunda mütəmadi olaraq döyülüb, onun bədəninə siqaret basılaraq yandırılıb. Aldığı mənəvi və fiziki işgəncələrdən özünə gələ bilməyən Əli Abbasov erməni əsirliyindən azad ediləndən bir müddət sonra vəfat edib.
Yaralı vəziyyətdə əsir götürülmüş mülki şəxs Əbdüləzim Məcnun oğlu Məmmədov rezin dəyənəklə döyülmüş, damarına benzin yeridilmiş, yaralarının qaysağı qopardılaraq ona əzab verilmiş, üstünə təlim keçmiş it buraxılmışdır. İt onu diri-diri parçalayıb.
Daha bir azərbaycanlı əsir Mayıl Məmmədəli oğlu Məmmədovun damarına dizel yanacağı yeridilib, sinəsi qızdırılmış xaçla damğalanıb.
Kəlbəcər şəhəri işğal olunarkən 20 yaşlı Səmayə Kərimova 2 yaşlı uşağı-Kərimova Nurlanə ilə birlikdə girov götürülüb. Girovluqda olduğu müddətdə digər əsir və girovların, eləcə də qolundan yaralı vəziyyətdə girov götürülmüş körpə uşağı Nurlanənin üzləşdiyi əzablara, həmçinin özünün məruz qaldığı işgəncələrə dözməyən Səmayə 15 may 1993-cü il tarixdə özünə qəsd edib.
Əmirova Xəzəngül Təvəkkül qızı: Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürüb. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göyçəni güllələyib, atası Əmirov Təvəkkülü isə üstünə benzin tökərək gözünün qarşısında yandırıblar.
İlham Nəsirov: 1992-ci il iyulun 27-də Ağdərə uğrunda gedən döyüşlərdə başından, boynundan və çiynindən yaralı vəziyyətdə ermənilər tərəfindən əsir götürülüb. Avqust ayının 8-də Xankəndindən İlhamın ailəsinə zəng edilib və onun İrəvanda Arakelyan familiyalı bir erməninin evində saxlanıldığı bildirilib. Ailə İlham Nəsirovun azad edilməsi üçün itkin düşmüş Şaqen Arakelyanın tapılıb qarşı tərəfə verilməsi şərtini irəli sürüb. Bir ilə yaxın ac-susuz saxlanılan və distrofiya həddinə çatdırılan İ.Nəsirov sonradan İrəvan qospitalına yerləşdirilsə də, artıq ona kömək etmək mümkün olmayıb. İ.Nəsirov noyabrın 23-də kəskin kaxeksiya diaqnozundan vəfat edib.
Heydər Heydərov: Şuşa həbsxanasında saxlanıldığı müddətdə məruz qaldığı işgəncələrin və mütəmadi döyülmələrin təsirindən vəfat edib.
Erməni əsirliyində ölmüş 20 yaşlı Fərhad Rəhman oğlu Atakişiyevin meyitinin qalıqlarının məhkəmə-tibbi ekspertizası sübut edib ki, o, müntəzəm döyülmələr və ağır işgəncələr nəticəsində qətlə yetirilib.
Erməni əsirliyində olan Xocalı şəhər sakini Faiq Şahmalı oğlu Əliməmmədov Gəncə şəhərinin adını “Kirovabad” demədiyinə görə dili kəsilib, sonra güllələnib.
Xocavənd rayonu Qaradağlı kənd sakini Həqiqət Yusif qızı Hüseynova ermənilərin 1992-ci ilin fevralında 10 nəfər həmkəndlisini diri-diri yandırmalarının şahidi olub.
Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin 15 dinc sakini ermənilər tərəfindən yerindəcə qətlə yetirilib.
İmarət Məmişovanın ifadəsinə görə, o, Kəlbəcər rayonunun işğalı zamanı iki az-yaşlı uşağı ilə girov götürülüb. İmarət Məmişovanın gözləri qarşısında ermənilər səkkiz mülki şəxsi, o cümlədən onun səkkiz yaşlı oğlu Talehi güllələyib meyitləri yandırıblar. Bundan sonra ermənilər onun özünü, 10 yaşlı oğlu Yadigarı, digər qadın, uşaq və qocaları Xankəndinə apararaq dəhşətli işgəncələrə məruz qoyublar.
Girovluqdan qayıtmış Niyaz Balay oğlu Zeynalov bildirir ki, ermənilər girov götürdükləri, Şuşa rayonu Quşçular kənd sakinləri 1910-cu il təvəllüdlü Səriyyə Tağı qızı Zeynalovanı, 1920-ci il təvəllüdlü Yeganə Dadaş qızı Mədətovanı və Mövsüm Əbdülrəhim oğlu Əhmədovu 11 fevral 1992-ci il tarixdə diri-diri yandıraraq qətlə yetiriblər.
Əsirlikdən azad edilmiş İsrayıl Sarif oğlu İsmayılov təsdiq edir ki, ermənilər girov götürdükləri üç azərbaycanlının başını erməni qəbri üstündə kəsiblər.
Bu, əsir və girov olmuş vətəndaşlarımıza qarşı törədilmiş cinayət faktlarının cüzi qismidir. Amma təkcə bu faktlar vətəndaşlarımıza qarşı hansı vəhşiliklərin, cinayətlərin edildiyi barədə tam təsəvvür yaradır. Ümumiyyətlə isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Komissiyası tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlı əsir və girovlara qarşı törədilmiş vəhşilikləri barədə çoxsaylı məlumatlar, şəhadətlər və prosessual sübutlar əldə edilibb.
İstintaq prosesində azərbaycanlı əsir və girovların kütləvi şəkildə öldürülməsi, işgəncələr verilməsinin məhz Ermənistanın silahlı birləşmələrinin hərbi qulluqçuları və Dağlıq Qarabağdakı separatçı rejimin liderləri tərəfindən təşkil edildiyi və istiqamətləndirildiyi təsdiqini tapıb.
Etibar SEYİDAĞA

Bu xəbər oxucular tərəfindən 1077 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |