14.02.2013 [12:28] - Sağlıq
Yeni Zelandiyada yaşayan Nataşa Harris adlı qadının ölüm səbəbi yaxınlarını şoka salıb. Bir müddət əvvəl infarkt keçirən qadın uzun müddət xəstəxanada yatsa da həkimlər onu xilas edə bilməyiblər.
Mütəxəssislərin ölmüş qadın üzərində apardıqları araşdırmadan sonra məlum olub ki, o, həddən çox qazlı içkilər içdiyi üçün bədəni zəifləyib və dünyasını dəyişib. Hər gün 10 litr kola içən qadın gün ərzində 1 kiloqram şəkər və 970 qram kafein qəbul edirmiş. N.Harrisin ailəsi və yaxınları Zelandiyanın “TVNZ” kanalına verdikləri müsahibədə gənc qadın haqqında olan həqiqətləri açıqlayıblar. Onların sözlərinə görə, N.Harris son illərdə kola aludəçisinə çevrilibmiş: “Harris hər gün 10 litr kola içirdi. Kola içmədiyi zamanlar özünü pis hiss edirdi, tərləyirdi, əlləri titrəyirdi. Həyatını qazlı içkilərlə idarə edirdi. Hansı gün kola içməsə enerjisi olmurdu. Yemək yeyə, hərəkət edə bilmirdi. Biz onun kola içməsinə mane ola bilmirdik. Kola almaq üçün evdən qaçırdı”.

Bu xəbər oxucular tərəfindən 1382 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |