Şrift:
Belarus bu ölkələrlə sərhəddə hərbi təlimlərə başlayıb
03.04.2024 [10:31] - Gündəm, Siyasət
Belarus Ukrayna, Litva və Polşa ilə sərhədləri boyunca hərbi təlimlərə başlayıb.

Bu barədə Belarus Müdafiə Nazirliyi özünün "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, 2-4 aprel tarixlərində Qomel və Qrodno vilayətlərində keçirilən təlimlər qoşunların ərazinin müdafiəsinə hazırlanmasına yönəlib. Təlimlərdə tətbiq edilən taktikadan hərbi vəziyyət elan olunduğu halda da istifadə olunacaq.

Qeyd edək ki, Qrodno Belarusun cənub-şərqində, Ukrayna ilə sərhəddə, Kiyevdən təxminən 280 kilometr aralıdadır. Qomel bölgəsi Belarusun qərbində - Litva-Polşa sərhədi yaxınlığında yerləşir.
Bu xəbər oxucular tərəfindən 502 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed