Şrift:
İranın Qüds terror təşkilatının komandiri qətlə yetirilib
14.02.2013 [17:02] - Güney Azərbaycan xəbərləri
İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri Həsən Şatiri qətlə yetirilib.

İran mətbuatının xəbər verir ki, Həsən Şatiri Suriyanın Hələb şəhərində öldürülüb.

İran mətbuatının yazdığına görə, Həsən Şatiri Livanın cənubunda yenidənqurma işləri aparan iranlılar qrupuna rəhbərlik edirmiş. Fevralın 12-də o, Suriya paytaxtı Dəməşqdən Livana gedərkən Hələb şəhərində kimliyi bilinməyən silahlı şəxslərin odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirilib.

Həsən Şatiri ilə birlikdə avtomobildə gedən digər iki iranlı xəsarət almayıb.

Həsən Şatirinin meyitinin İrana aparıldığı bildirilir.

Bəzi məlumatlarda Həsən Şatirinin İran prezidenti Mahmud Əhmədinejadın Livandakı nümayəndəsi olduğu vurğulanır
Bu xəbər oxucular tərəfindən 783 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed