Şrift:
“Qarabağ” və “Neftçi” amputant futbol komandalarının oyunu keçirilib
05.04.2024 [10:31] - Gündəm, İdman
Bəşəriyyət mina problemi ilə üz-üzədir. Problemin dünya birliyinin diqqətində saxlanılması, insanların mina təhlükəsinə dair maarifləndirilməsi, minalara qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə BMT Baş Assambleyasının 2005-ci ildə qəbul etdiyi Qətnamə ilə 4 Aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü kimi qeyd edilir. BMT 2022-ci ildən bu günü “Təhlükəsiz yer, təhlükəsiz addım, təhlükəsiz ev” devizi altında keçirməyə başlayıb.

4 aprel gününü qeyd etmək məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda “Qarabağ” və “Neftçi” amputant futbol komandalarının oyunu keçirilib.

Mina partlayışları nəticəsində xəsarət almış amputant şəxslərdən ibarət futbol oyunlarının keçirilməsi minadan zərərçəkənlərin cəmiyyətə reinteqrasiyası və futbol vasitəsilə mina təhlükəsinə dair maarifləndirmədə kütləviliyin təmin edilməsi böyük əhəmiyyət kəsb edir.

Xatırladaq ki, amputasiya olunmuş şəxslərdən ibarət Azərbaycan milli komandası Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə 2023-cü ildə Şotlandiyada keçirilən Millətlər Liqasında “D” divizionunu 2-ci pillədə tamamlayaraq 2024-cü ildə Fransada təşkil olunacaq Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Bu xəbər oxucular tərəfindən 588 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed